Icma.az
close
up
RU
“Iğdırda kürdlər birinci Azərbaycan dilini öyrənir”

“Iğdırda kürdlər birinci Azərbaycan dilini öyrənir”

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Azərbaycanla Türkiyəni birləşdirən ortaq dil, tarix, mədəniyyət, adət-ənənələr Iğdırda sevgi ilə yaşadılır”​.

Bu barədə “Qafqazinfo”ya danışan Iğdır-Azərbaycan Evinin sədri Ziya Zakir Acar bildirib ki, bu dərnəyin qurulmasında əsas məqsəd Azərbaycan türkünün öz tarixini, adət-ənənələrini, dəyərlərini unutmamasıdır.

“Mən 1980-ci illərdə Iğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinə rəhbərlik etmişəm. 20 Yanvar, Xocalı soyqırımı, Ulu Öndər Heydər Əliyevin anım günləri, Azərbaycanın digər önəmli günləri, 28 May - Müstəqillik Günü və s. barədə məlumatları dərnəyimizdə insanlara çatdırırdıq. Mən həmçinin yazıçıyam, 27 kitabım var. Bu kitabların hamısı Azərbaycan mədəniyyəti ilə bağlıdır. Eyni zamanda ən sonuncu  - “Her yönü ile Iğdır” kitabım çıxdı. Burada Azərbaycan türklərinin doğumundan ölümünə qədər adət-ənənəsi, yaşayış tərzindən danışmışam.

2021-ci ildə isə Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Iğdır-Azərbaycan Evini açdıq. Bu dəstəklə fəaliyyətlərimiz daha da gücləndi. Burada bizim Azərbaycan dili, tar və Azərbaycan rəqsləri kursumuz var. Bunun üçün Bakıdan və Naxçıvan Dövlət Universitetindən kadrlar gətiririk”.

Ziya Zakir Acar qeyd edib ki, növbəti ay bu bölgənin Azərbaycan gənclərini toplayıb tədbir təşkil edəcək: “Arazın o tayına və dünyanın müxtəlif yerlərinə gedən azərbaycanlılar var. Mən onların nəvələrini tapmışam, danışmışam. Onlar çox önəmli sahələrdə işləyirlər. Mən həmin şəxslərlə danışanda deyirlər ki, “hə, atam belə deyirdi, xatırlayıram”. Gələn ay 500 nəfərə yaxın azərbaycanlı gənci toplayacağıq və “Dünya Azərbaycan Gənclərinin Toplanışı” adlı tədbiri keçirəcəyik.

Iğdır-Azərbaycan Evində hər kəs azərbaycanca danışır. Burada kürdlər və digər etnik xalqlar yaşayır. Onlar birinci Azərbaycan dilini öyrənirlər. Birinci bizim dili öyrənib sonra rəsmi dilə baxırlar”.

Ziya Zakir Acar bu ilin yanvar ayında Prezident İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif olunmasından da söz açıb: “Biz buradakı fəaliyyətimizi heç bir qarşılıq, təmənna gözləmədən həyata keçirmişik. Biz bir neçə dəfə həm Prezident, həm də Diaspor Komitəsi tərəfindən medallara layiq görülmüşük. Amma “Dostluq” ordeni ilə təltif olunduğumuzu eşidəndə böyük qürur hissi keçirdik. Bu bizə daha çox məsuliyyət yüklədi. Təbii ki, aldığım təltiflərin içində mənim üçün ən böyüyü bu oldu”.

Qeyd edək ki, türkiyəli şair, yazıçı, tədqiqatçı, publisist və təhsil işçisi Ziya Zakir Acar 1954-cü ildə Iğdır bölgəsinin Çavuşbahçe (Ağaver) kəndində anadan olub.

Onun ictimai və elmi-mədəni fəaliyyətində Azərbaycan–Türkiyə münasibətlərinin inkişafı, Azərbaycan mədəniyyətinin və Türk dünyasının ortaq dəyərlərinin təbliği xüsusi yer tutur.

Nuranə Daxilqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 Sentyabr 2026 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri