İğdırNaxçıvan kəmərinin tikintisi yekunlaşdı
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bildiyimiz kimi, ötən il iki ölkə başçısı tərəfindən İğdır-Naxçıvan boru xəttinin təməli atıldı. Bu il sentyabr-oktyabr aylarına qədər həmin xəttin tikintisinin yekunlaşması nəzərdə tutulurdu və vaxtında da tamamlandı. Açılış olduqdan sonra Naxçıvana təbii qaz Türkiyə üzərindən gələcək. Bu, muxtar respublikanın enerji təhlükəsizliyində böyük rol oynayacaq.
"Ölkə.az" xəbər verir ki, bu sözləri Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya muxtar respublikada keçirilən Dünya Türk Qəhvəsi Günü münasibətilə tədbirdən sonra jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, yaxın zamanlarda Türkiyənin önəmli banklarından olan “Ziraat” Bankı da Naxçıvanda fəaliyyətə başlayacaq. Bu da Naxçıvanda iqtisadi və ticari inkişaf baxımında önəmli addım olacaq.
Qeyd edək ki, bu gün Türkiyənin Naxçıvandakı Baş Konsulluğunun iqamətgahında Dünya Türk Qəhvəsi Günü münasibətilə tədbir keçirilib. Tədbirdə baş konsul Asip Kaya və konsul müavini Ezgi Ahmet çıxış edərək, günün əhəmiyyətindən, türk qəhvəsinin türk mədəniyyətindəki rolundan, tarixindən söhbət açıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 05 Dekabr 2024 19:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















