II Azərbaycan Özbəkistan Media Forumu çərçivəsində Zəfər abidəsi ziyarət edilib
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sentyabrın 29-da II Azərbaycan – Özbəkistan Media Forumu çərçivəsində Azərbaycanda səfərdə olan Özbəkistan nümayəndə heyəti Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Audiovizual Şuranın sədri İsmət Səttarov ilə birgə Zəfər parkında olub, Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış Zəfər abidəsini ziyarət edib.
Agentlikdən APA-ya verilən xəbərə görə, nümayəndə heyəti abidənin önünə gül dəstələri düzərək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, Prezident cənab İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla inşası davam etdirilən layihəyə əsasən torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə kompleksin ərazisində Zəfər muzeyi də yaradılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 29 Sentyabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















