II Əbdülhəmidin nəticəsi hərbi xidmətdən yayınıb? Türkiyədə qalmaqal
Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyədə saxta diploma şəbəkəsi ilə bağlı araşdırmada adı hallanan tanınmış şəxslərdən birinin II Əbdülhəmidin nəticəsi Abdülhəmid Kayıhan Osmanoğludur.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, Osmanoğlunun Malatya İnönü Universitetinin Tarix fakültəsindən aldığı diplomun saxta olduğu iddia edilib.
Məsələ ilə bağlı açıqlama verən Osmanoğlu, son günlər barəsində yayılan iddialara qarşı səssiz qalmağı seçdiyini bildirərək, “Zadəganlıq böhtana cavab verməz. Lakin gün gələcək, həqiqət danışacaq” sözlərini işlədib. O, barəsində səslənən əsassız bəyanatlara ictimaiyyətin inanmasını istəmədiyini vurğulayıb.
Bundan əlavə, Halk TV-nin efirində jurnalist Dinçer Gökçe Osmanoğlunun hərbi qeydiyyat sənədində “əsgərlikdən yayınan şəxs” kimi göründüyünü iddia edib. Gökçe bu məlumatı təsdiqləmək üçün Osmanoğlu ilə əlaqə saxlamağa çalışdığını, lakin cavab ala bilmədiyini deyib.
Hələlik Osmanoğlu bu məsələyə aydınlıq gətirməyib.
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 08 Avqust 2025 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















