Icma.az
close
up
RU
II Qadın Liderləri Zirvəsinin spikerləri bəlli oldu!

II Qadın Liderləri Zirvəsinin spikerləri bəlli oldu!

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

“Facemark” şirkətinin təşkilatçılığı ilə 7 mart 2026-cı il tarixində Gülüstan Sarayında keçiriləcək II Qadın Liderləri Zirvəsi, fərqli sahələrdən olan güclü qadın liderləri bir araya gətirərək liderlik anlayışını dərin və çoxşaxəli müzakirə müstəvisinə daşıyacaq. Zirvə liderliyə gedən yolun reallıqlarını, qarşıya çıxan baryerləri və uzunmüddətli uğurun əsasını təşkil edən davamlılıq anlayışını ön plana çıxaracaq.

Zirvənin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, tədbirin açılışında “BigChefs” brendinin təsisçisi Gamze Cizrelinin keynote çıxışı liderlik, sahibkarlıq və şəxsi inkişaf mövzularında beynəlxalq təcrübəyə əsaslanan baxışları ilə iştirakçılara ilham verəcək.

Zirvə bir gün ərzində baş tutacaq və üç əsas panel üzrə davam edəcək. Davos formatında keçiriləcək panellər çərçivəsində “Zirvəyə gedən yol”, “Zirvədəki baryerlər və maneələr” və “Zirvədə davamlılıq və dayanıqlılıq” mövzuları müzakirə olunacaq. Bu panellər qadınların liderlik yolculuğunun başlanğıc mərhələsindən zirvədə qalma strategiyalarına qədər olan bütün əsas mərhələləri əhatə edəcək.

“Zirvəyə gedən yol” paneli çərçivəsində “Əli və Nino” kitab şəbəkəsinin təsisçisi Nigar Köçərli, aparıcı Leyla Quliyeva, kamandan oxatma üzrə Azərbaycan milli yığmasının üzvü Yaylagül Ramazanova, “Pasha Real Estate”in Qrup Risk və Komplayens direktoru İlahə Qazıyeva92.5 Dalğa FM radiosunun direktoru, BDU-nun müəllimi Ayşən Aslan-Məmmədli çıxış edəcək. Panelə startap layihələrinin qurucusu Türkan Fərzəliyeva tərəfindən moderatorluq ediləcək. Bu paneldə spikerlər şəxsi və peşəkar inkişaf yolunda keçdikləri mərhələləri, qarşılaşdıqları çətinlikləri, verdikləri kritik qərarları və bu yol boyunca onları zirvəyə aparan əsas dönüş nöqtələrini müzakirə edəcəklər.

“Zirvədəki baryerlər və maneələr”  panelində spikerlər qismində CNN Türkün Özəl Xəbərlər Müdiri Fulya Öztürk, “Liatris Holdinq”in direktoru Ruhiyyə Əliyeva, həyat kouçu, təlimçi və alpinist Vəfa Musayeva və “Metatesk” şirkətinin təsisçisi Günay İmanzadə şəxsi və peşəkar inkişaf real nümunələri bölüşəcəklər. Panelin moderatoru Baku TV-nin beynəlxalq əlaqələr şöbəsinin müdiri, diplomatik jurnalist Sevinc Gülməmmədova olacaq. Panel çərçivəsində qadınların peşəkar mühitdə öz şəxsi brendini formalaşdırması, düzgün kommunikasiya və görünürlük strategiyaları ilə seçilməsi, eləcə də rəqəmsal platformalarda etibarlı imic yaratması mövzuları ətrafında fikir mübadiləsi aparılacaq.

“Zirvədə davamlılıq və dayanıqlılıq” panel spikerləri sırasında “Moonwake Investment”in CFO-su Nazlı Məmmədova, “Leya Couture” brendinin təsisçisi Leyli Zalova, MarLab” şirkətinin marketinq konsultantı və direktor müavini Şəbnəm Hümbətova, “BeeWelly” şirkətinin təsisçi və baş icraçı direktoru Talifa İsgəndərli və “WoWoman” platformasının CEO-su Arzu Ağazamanova olacaq. Panelin moderatoru “Baku Design Academynin təsisçisi Aysel Gülməmmədova olacaq. Bu paneldə spikerlər emosional zəkanın liderlikdə rolu və qadınların daxili gücünü qoruyaraq uğurlu yol çəkməsi barədə təcrübələrini bölüşəcəklər.

Qadın Liderləri Zirvəsi biznes, media, maliyyə, startap, mədəniyyət və yaradıcı sənayeləri təmsil edən qadın liderlərin real təcrübələrini bir araya gətirərək, iştirakçılara ilhamverici dialoq, praktik bilik və güclü şəbəkələşmə imkanı təqdim edəcək.

Tədbirdə iştirak və ətraflı məlumat üçün qlz.az saytına daxil ola bilərsiniz.

Sayt: https://qlz.az/Instagram: https://www.instagram.com/qadinliderlerizirvesi/Facebook: https://www.facebook.com/profile.php?id=61565512810752LinkedIn: https://www.linkedin.com/company/104967321/
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 22 Yanvar 2026 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri