Icma.az
close
up
RU
II Qareginə qarşı üsyan yaxınlaşır Qafar Çaxmaqlı

II Qareginə qarşı üsyan yaxınlaşır Qafar Çaxmaqlı

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Artıq zəmin hazırlanıb, yaxın aylarda bunun şahidi olacağıq

Ermənistanda Paşinyan hökuməti ilə bütün ermənilərin katolikosu II Qaregin arasında gərginlik artır. “Joqovurd” qəzetinin hökumət mənbələrinə istinadən yazdığına görə, Paşinyan kilsə daxilində katolikos əleyhinə narazılıq yaratmaq üçün xüsusi qrup formalaşdırıb. Məqsədin II Qaregini yaxın çevrəsində nüfuzdan salmaq və onu iqamətgahını tərk etməyə məcbur etmək olduğu bildirilir. Nəşr iddia edir ki, yaxın müddətdə təzyiqlər daha da güclənəcək və yüksək rütbəli din xadimlərinə qarşı həbslər davam edəcək. Bütün bunlar isə kilsə-dövlət münasibətlərində ciddi dəyişikliklərin yetişməkdə olduğuna işarə edir.

Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı Sherg.az-a açıqlamasında bütün ermənilərin katolikosu II Qareginə qarşı Paşinyanın apardığı siyasətin artıq nəticə verməyə başladığını söyləyib:

"Ciddi bir üsyana ehtiyac qalmayacaq. Artıq episkoplar kilsə qaydalarına uyğun olaraq müəyyən bir toplantı keçirməyə hazırlaşırlar. Onların arasında II Qareginə müxalif olan din xadimləri də az deyil. Həmin din xadimləri də hökumətin səsləndirdiyi ittihamları-yəni II Qareginin korrupsiya hallarında iştirak etməsi, eləcə də dini qaydaları pozaraq ailə qurması və övlad sahibi olması ilə bağlı iddiaları dilə gətirməyə başlayıblar. Ermənistan televiziyalarında bu mövzuda tənqidi fikirlər səsləndirilir, mətbuatın bir qismi, məsələn, “Joğovurd” qəzeti və digər nəşrlər artıq II Qaregini müdafiə etməkdə çətinlik çəkirlər. Çünki ictimaiyyətə təqdim olunan məlumatlarda onun övladlarının olduğu deyilir. Onlardan birinin ABŞ-da, digərinin isə Ermənistanda yaşadığı bildirilir. Ermənistanda yaşayan qızı ilə bağlı məlumatlar da ictimaiyyətə çatdırılıb".

Ekspert bu iddiaların dini ruhaninin qaydaları pozması kimi qiymətləndirildiyini bildirib:

"Belə olan halda onun istefa verməli olduğunun qeyd olunur. Artıq ruhani çevrələrdən də onun istefasını tələb edənlərin sayı artır. Üçmüədzin kilsəsində keçiriləcək toplantıda bu məsələ müzakirə olunacaq və ehtimal ki, müəyyən qərar veriləcək.

Paşinyanın məqsədi, görünür, kilsənin onun siyasətinə qarşı müxalif mövqedə dayanmasının qarşısını almaq və kilsə ilə müxalif qüvvələrin birləşmə ehtimalını minimuma endirməkdir. O, yaxın vaxtlarda bu təzyiqlərin nəticə verəcəyinə və Üçmüədzin üçün yeni rəhbər seçilməsi üçün şəraitin yaranacağına əmindir. Artıq zəmin hazırlanıb. Yaxın aylarda bunun şahidi olacağıq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Noyabr 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri