Icma.az
close
up
RU
III Çarlzdan Trampa simvolik jest: “Əlaqə üçün zəngi çalın”

III Çarlzdan Trampa simvolik jest: “Əlaqə üçün zəngi çalın”

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Böyük Britaniya kralı III Çarlz ABŞ Prezidenti Donald Trampa Ağ Evdə keçirilən şam yeməyində Britaniya sualtı qayığından "HMS Trump" gəmisinin zəngini hədiyyə edib.

Redaktor.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” (WP) məlumat yayıb.

Məlumata görə, kral hədiyyəni təqdim edərkən ABŞ-Britaniya münasibətlərinin əsrlər boyu davam edən enişli-yoxuşlu tarixini vurğulayıb. O bildirib: “Əgər bizimlə əlaqə saxlamaq lazım gələrsə, zəngi çalın”.

Qeyd olunur ki, Trampın adını daşıyan və 1944-cü ildə Britaniyanın "Barrou-in-Furness" gəmiqayırma zavodundan çıxan sualtı qayığa məxsus mis zəng “ortaq tariximizin bir sübutu” kimi təqdim olunub.

Britaniya Hərbi Dəniz Qüvvələrinin tarixində bu adla tanınan yeganə sualtı qayıq P333 nömrəsini daşıyıb və Avstraliyada yerləşən 4-cü Sualtı Eskadrilyasının tərkibində xidmət edib. Həmin gəmi 1969-cu ildə regiondan ayrılan sonuncu Kral Dəniz Qüvvələri sualtı qayığı olub. Daha sonra 1971-ci ildə satılaraq metal qırıntıları üçün sökülüb.

WP-nin yazdığına əsasən, III Çarlz nahar zamanı etdiyi yekun çıxışda Ağ Ev sahibinə və Birinci Lediyə təşəkkür edib. O, bu görüşü “Boston Çay Partiyasına böyük bir irəliləyiş” kimi dəyərləndirib.

Xatırladaq ki, Boston Çay Partiyası 16 dekabr 1773-cü ildə Amerika kolonistlərinin Britaniya hökumətinə etiraz olaraq keçirdiyi aksiyadır. Həmin hadisə zamanı Boston limanında İngilis Şərqi Hindistan Şirkətinə məxsus çay yükləri məhv edilmişdi.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Aprel 2026 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see707

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see578

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see325

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see297

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see294

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see284

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see283

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see260

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see257

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see254

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see247

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see245

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see244

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see241

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see240

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see240

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see235

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see221

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see213

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri