Icma.az
close
up
RU
III Dünya müharibəsi həyəcanı yaşanır Dəhşətli savaş başlayır?

III Dünya müharibəsi həyəcanı yaşanır Dəhşətli savaş başlayır?

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Rusiya-Ukrayna müharibəsi yeni fazaya daxil olub. Xüsusilə baş verən son iki hadisə həm diqqət çəkir, həm də narahatlıq yaradır:

1.ABŞ, Fransa və Britaniya Ukraynaya ATACMS və digər raketlərdən istifadəyə icazə verdi;

2.Prezident Vladimir Putin Rusiyanın nüvə doktrinasını təsdiq etdi.

Ukrayna ordusu artıq ATACMS və Britaniya istehsalı “Storm Shadow” uzaqmənzilli raketləri ilə Rusiyanın dərinliklərinə zərbə endirib. Rusiya isə nüvə silahından istifadə edəcəyinə dair xəbərdarlıq edir.

ABŞ, Fransa və Britaniyanın Ukraynaya verdikləri silahlardan istifadəyə razılıq verməsi onların birbaşa müharibəyə qoşulması mənasına gəlmir. Yəni müharibə yenə Rusiya və Ukrayna arasında gedir. ABŞ, Fransa və Britaniyanın bu addımı atmaqda həm kollektiv, həm də fərdi maraqları var. Lakin əsas məsələ “tamam, yoxsa davam” sualına cavab tapmaqdır.

Kiyev uzun müddət idi, ATACMS və digər bəzi silahlardan istifadəyə dair qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını istəyirdi. Hətta Rusiyaya effektiv cavab zərbəsi vura bilməmələrini də bununla əsaslandırırdılar.

Ukraynanın Rusiyadakı hərbi hədəfləri Qərbin uzaqmənzilli raketləri ilə vurmağa başlaması ilk vaxtlar effekt verəcək. Lakin bir müddət sonra rus ordusu bu hücumları da dəf edəcək və daha ağır cavab zərbəsi vuracaq. Bunu göstərən məqam isə Prezident Vladimir Putinin Rusiyanın nüvə doktrinasını təsdiq etməsidir.

Fikrimcə, Rusiya son ana qədər Ukraynaya qarşı nüvə silahından istifadə etməyəcək. Kremlin mətbuat katibi Dmitri Peskovun da dediyi kimi, nüvə silahından istifadə Rusiya tərəfindən son çarə hesab olunur. Rusiya həmişə nüvə silahına çəkindirmə vasitəsi kimi baxıb.

Nüvə silahından istifadə həm xərcli, həm də riskli addımdır. Söhbət tələfatın miqyasının böyük olmasında deyil, zərbənin ətraf ölkələrə ekoloji zərərindən gedir. Rusiyanın ehtimal nüvə zərbəsi ən yaxşı halda Çernobıl fəlakəti ilə eyni miqyasda faciə ilə nəticələnə bilər.

Moskva müharibəni Ukrayna hakimiyyəti ilə apardığını, xalqı ilə problemi olmadığını deyir. Belə bir hücumdan sonra bu arqument sıradan çıxacaq. Yəni Rusiya Ukraynanı əbədiyyən itirə bilər.

Moskva son ana qədər nüvə silahından istifadə etməyəcək. Lakin əvəzində ballistik raketlərdən istifadə etməyə başlayıb.

Rusiya Trampın ABŞ prezidenti səlahiyyətini icra etməyə başlamasını gözləyir. Yəni bu vaxta qədər radikal qərar verməsi real deyil. Putin Trampla ortaq məxrəcə gələ biləcəyini düşünür. Ən azından tərəflər arasında atəşkəs imzalana bilər. İndiki məqamda bu həm Rusiyaya, həm də Qərbə lazımdır.

O ki qaldı Üçüncü Dünya müharibəsinə, hələlik bundan danışmaq üçün tezdir. Ümumiyyətlə, klassik mənada Üçüncü Dünya müharibəsinin başlayacağını gözləmirəm. Lakin hazırda dünya miqyasında “müharibələr zənciri” var və bunu ən yaxşı halda “kölgə Üçüncü Dünya müharibəsi” adlandırmaq olar. Üçüncü Dünya müharibəsindən danışmağımız üçün ən azından bundan öncəki iki müharibəyə nəzər yetirməli, niyə “dünya müharibəsi” dediyimizi analiz etirməliyik. Hətta Rusiya Ukryanada nüvə silahından istifadə etsə belə, bu, qeyd olunan tərzdə qlobal müharibəyə səbəb olmayacaq. Çünki təcrübə göstərir ki, bu tipli silahlar istifadə edildikdən sonra müharibə başlamır, əksinə bitir.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 21 Noyabr 2024 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see339

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see329

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see321

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see312

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see307

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see299

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see293

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see282

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see275

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see271

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see251

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see234

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see231

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see222

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see219

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see214

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see196

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see187

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see181

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri