Icma.az
close
up
RU
III Dünya Müharibəsi XƏBƏRDARLIĞI Rusiya nüvə silahına əl ATACAQ?

III Dünya Müharibəsi XƏBƏRDARLIĞI Rusiya nüvə silahına əl ATACAQ?

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Cozef Baydenin səlahiyyət müddətinin başa çatmasına az qalmış Ukraynaya Rusiya ərazisinə ATACMS taktiki ballistik raketləri ilə zərbələr endirməyə icazə verməsi böyük maraqla qarşılandı. Bunun ardınca Böyük Britaniya və Fransanın da oxşar qərar verdilər.
Qərbin bu qərarlarına Rusiyanın cavabı gecikməyib. Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov Baydenin bu icazəsinin III Dünya Müharibəsinə səbəb olacağını elan edib.
NATO-nun üç əsas ölkəsinin bu qərarı Ukrayna-Rusiya münaqişəsinin gedişinə necə təsir edəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan politioloq Zərdüşt Əlizadə bildirib ki, bu qərarın Ukrayna savaşında ciddi dönüş yaradacına inanmır:
“Fərz edək ki, Ukrayna Rusiyanın bir neçə uzaqda yerləşən bir sıra ərazilərinə və ya hərbi obyektlərinə zərbə endirdi. Bununla Rusiya ilə Ukrayna orduları arasındakı qüvvə nisbəti dəyişməyəcək ki?! Əlbəttə, Rusiya onsuz da həm siyasi, həm iqtisadi cəhətdən müharibəyə görə böyük ziyanlar görü. Hərbi texnika baxımından da itkiləri çox böyükdür.
Amma buna baxmayaraq, Rusiya Ukraynadan qat-qat böyük və güclü dövlətdir. Qərbin hərbi yardımı və sursatı çox olsa da, Ukrayna onlardan lazımi istiqamətdə istifadə edə bilmir. Əsgər və zabitlərin fərdi qəhrəmanlığı, canlarını fəda etməsi əsla qüvvələr nisbətindəki bərabərsizliyi dəyişə bilmir. Ona görə mən düşünmürəm ki, uzaq məsafəli Qərb istehsallı raketlərin Rusiya ərazisində hərbi obyektlərə zərbə endirmə icazəsi müharibənin gedişini ciddi şəkildə dəyişə bilər”.
Politoloqun fikrincə, buna cavab olaraq Rusiya eskalasiyanı gücləndirə bilər:
“Bu baxımdan Putin ola bilsin ki, nüvə silahından istifadəyə əl atacaq. Çünki başa düşür ki, Qərb dövlətləri, Qərb əhalisi ölmək istəmir. Ona görə onun bu eskalasiyasına layiqli cavab verməyəcəklər.
Qısası, Ukrayna Rusiya hərbi bazalarına Qərbin raketləri ilə zərbələr endirsə, Rusiyadan cavab olacaq. Onsuz da Rusiya ağına-bozuna baxmadan, heç bir məhdudiyyət bilmədən Ukraynada hərbi və mədəni obyektləri bombalayır.
Ərazisindəki hərbi və strateji mərkəzlərə Ukrayna zərbə endirərsə, ola bilər ki, Rusiya cavab olaraq ona qarşı nüvə silahından istifadə edər. Bu isə ciddi şəkildə İkinci Dünya Müharibəsidə Amerikanın Xirosima və Naqasakiyə atdığı bombalardan sonra ilk nümunə olacaq. Bir nüvə dövləti qeyri-nüvə dövlətinə qarşı bu silahdan istifadə edir. Bu, ciddi bir qanun pozuntusu olacaq”.
Nüvə silahına əl atsalar...
Zərdüşt Əlizadə qeyd edib ki, əgər Rusiya belə bi addım atarsa, bu, onun özünün də çöküşü olacaq:
“Bu, Rusiyaya heç bir yaxşı şey gətirməyəcək. Nə hərbi, nə də siyasi cəhətdən. İqtisadi cəhətdən isə bu onun tam çöküşü olacaq. Çünki Qərbin Rusiyaya münasibəti kəskin sərtləşəcək. Lakin yenə də deyirəm, bu gün nə Rusiya Ukrayna üzərində qələbə qazana biləcək, nə də Ukrayna Rusiyaya qarşı müharibədə ciddi irəliləyiş əldə edəcək.
Müharibə və münaqişə davam edəcək, tərəflərin mövqeləri uzlaşmayacaq. Ukrayna öz qanuni hüquqlarını tələb edir. Qərb onun hüquqlarını müdafiəsi üçün kifayət qədər qətiyyət göstərmir. Rusiya isə Ukrayna torpaqlarının ilhaqını tələb edir, onun dövlət kimi müstəqiliyini şübhə altına alır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 Noyabr 2024 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri