Icma.az
close
up
RU
III dünya müharibəsinin bir addımlığında ABŞ icazə verdi

III dünya müharibəsinin bir addımlığında ABŞ icazə verdi

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-dən Ukraynaya yaşıl işıq

Amerika Birləşmiş Ştatları Ukraynanın uzun müddətdir tələb etdiyi uzun mənzilli raketlərdən istifadə etməsinə icazə verib. Bu qərar Ukrayna ordusunun artıq Rusiyanın uzaq nöqtələrinə hücum etməyə hazırlaşdığına işarə edir. Bəs uzun mənzilli raketlər, müharibənin gedişatını dəyişdirə bilər? Ukrayna, Rus ordusuna qarşı texnoloji üstünlük və uzaq məsafədən hücum qabiliyyəti ilə müharibədə irəliləyiş əldə edə bilər?

Milli.Az Amerikanın nüfuzlu "New York Times" qəzetinin xəbərinə görə ABŞ Ukraynanın uzun mənzilli raketlərdən istifadə etmə tələbinə cavab verib. Bu addım, Vaşinqtonun Ukrayna siyasətində mühüm dəyişiklik olduğunu göstərir. Ukraynanın yaxın günlərdə Rusiyanın dərinliklərinə doğru 300 kilometr mənzilli ATACMS raketləri ilə hücum edəcəyi gözlənilir.

Ukrayna hansı silahdan istifadə edəcək?

ATACMS (Army Tactical Missile System) taktik balistik raket sistemi, yerə yerləşdirilən ordular tərəfindən düşmən hədəflərinə yüksək dəqiqliklə zərbə endirmək məqsədilə istifadə olunur. Bu raketlər Ukrayna üçün döyüş meydanında mühüm bir üstünlük təmin edə bilər. ABŞ prezidenti Co Bayden əvvəllər Ukraynanın uzun mənzilli raketlərdən istifadə etmə tələblərini rədd edirdi. Lakin, Moskvanın Şimali Koreya əsgərlərini cəbhə xəttinə yerləşdirməsi və Ukraynaya qarşı intensiv raket hücumları, Baydenin fikrini dəyişdirmiş ola bilər.

Ukrayna Prezidenti Volodimir Zelenski bu qərarın ardından etdiyi çıxışında, "raketlərin danışacağını" söyləyib. Bununla yanaşı, bəzi ABŞ rəsmiləri, uzun mənzilli hücumların müharibənin gedişatını dəyişə biləcəyinə dair şübhələrini ifadə ediblər. Lakin bu addım, Rusiyanın irəliləyiş əldə etdiyi bir dövrdə Ukraynanı gücləndirə bilər.

Rusiya-Ukrayna döyüşündə Şimali Koreya əsgərləri 

Son zamanlarda 10 minə yaxın Şimali Koreya əsgərinin Rusiyanın şərqinə göndərildiyi və bunların çoxunun Kursk bölgəsində döyüşlərə qatıldığı bildirilir. Bu əsgərlər, Ukrayna ordusunun qarşısına çıxıb və Ukrayna qüvvələri, avqust ayında Kurskda həyata keçirdikləri əməliyyatda qazandıqları torpaqlardan bəzilərini itiriblər. Ukraynanın müttəfiqləri də silah təmin edir, lakin bu silahların Rusiyada necə və nə zaman istifadə ediləcəyinə dair məhdudiyyətlər mövcuddur. Çünki bu cür hücumlar, NATO ölkələrini müharibəyə cəlb edə və ya nüvə münaqişəsinə səbəb ola bilər.

Rusiya Prezidenti Vladimir Putin ABŞ istehsalı olan uzun mənzilli raketlərin istifadəsinin müharibəni daha da gərginləşdirəcəyini xəbərdarlıq edib. Bu, müharibənin gedişatını tamamilə dəyişdirə biləcək yeni bir mərhələni işarə edir.

İslam
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 18 Noyabr 2024 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri