III MDB Oyunları: Azərbaycanın U 16 millisinin finaldakı rəqibi müəyyənləşib YENİLƏNiB
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
III MDB Oyunları çərçivəsində Azərbaycanın 16 yaşadək oğlan futbolçulardan ibarət millisinin rəqibi müəyyənləşib.
"Report"un Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda Rusiya ilə qarşılaşacaq.
Rusiya yığması B qrupunun ikinci matçında Özbəkistanı 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki futbol yarışlarına oktyabrın 4-də yekun vurulacaq.
13:52
Azərbaycanın 16 yaşadək futbolçualardan ibarət millisi III MDB Oyunlarında finala yüksəlib.
"Report"un Qəbələyə ezam olunan əməkdaşının məlumatına görə, Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv A qrupunda Qırğızıstan millisi ilə üz-üzə gəlib.
Qəbələ şəhər stadionunda baş tutan görüş Azərbaycan millisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Tunar Bayramov (53), Əli Bəşirov (70, 75) və Roman Fərzəli (79) rəqib qapısından keçiriblər.
U-16 finalda Rusiya və Özbəkistan arasında keçiriləcək matçın qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, futbol yarışına oktyabrın 4-də yekun vurulacaq.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 01 Oktyabr 2025 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















