Icma.az
close
up
RU
III MDB Oyunları dünya mediasında: Azərbaycanın uğurlu təşkilatçılığı təqdir olunub

III MDB Oyunları dünya mediasında: Azərbaycanın uğurlu təşkilatçılığı təqdir olunub

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 3 oktyabr, AZƏRTAC

Azərbaycanda keçirilən III MDB Oyunlarını Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi də dünya mediasının gündəminə gətirib. Belə ki, bu mötəbər tədbirlə bağlı İctimai Birliyin sədri Fuad Hüseynzadənin “Azərbaycanda III MDB Oyunları: idman, dostluq və qürur bayramı” sərlövhəli məqaləsi Rusiya, Özbəkistan, Qazaxıstan, Küveyt, UkraynaTürkiyə və Pakistan saytlarında, eyni zamanda, bu ölkələrin sosial şəbəkə seqmentində dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalələrdə III MDB oyunları haqqında məlumat verilir, hələ davam edən bu yarışın uğurla keçirilməsinin Azərbaycanın yüksək təşkilatçılıq bacarığından irəli gəldiyi qeyd olunur.

Bildirilir ki, sentyabrın 25-də Gəncə şəhərində keçirilən təntənəli açılış mərasimi MDB məkanında həm idman, həm də dostluq və qarşılıqlı anlaşma baxımından əlamətdar hadisəyə çevrilib. Mərasimdə Azərbaycanın milli mədəniyyəti, tarixi və müasir inkişafı müxtəlif musiqi, rəqs və teatr kompozisiyaları vasitəsilə nümayiş etdirilib. Xalq rəqsləri və səhnəciklər tədbirə xüsusi rəng qatıb.

Yazıda III MDB Oyunlarının təkcə idman yarışı kimi deyil, həmçinin mədəniyyətlərarası dialoqun və gənclər arasında dostluğun möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanır. Qeyd edilir ki, yarışlar yalnız Gəncə ilə məhdudlaşmır, eyni zamanda, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində də təşkil olunur. Bu isə regionlarda idmanın inkişafına və turizmin canlanmasına müsbət təsir göstərir.

Müəllif sonda diqqətə çatdırır ki, Azərbaycanın uğurla ev sahibliyi etdiyi bu kimi beynəlxalq tədbirlər, o cümlədən Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və Formula 1 ölkənin yüksək təşkilatçılıq qabiliyyətini bir daha nümayiş etdirir. III MDB Oyunları isə idmanın sərhədsiz birləşdirici gücünü və mədəni diplomatiyanın əhəmiyyətini bir daha ortaya qoyur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Oktyabr 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see220

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see158

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see151

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see142

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri