III MDB Oyunları ilə əlaqədar Gəncə şəhərinin su təchizatına baxış keçirilib Video
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
III MDB Oyunlarının Gəncə şəhərində keçiriləcəyi nəzərdə tutulan idman obyektləri, mərkəzi küçə və prospektlərin su təchizatı və kanalizasiya sistemlərinin vəziyyətinin qiymətləndirilməsi məqsədilə monitorinq aparılıb.
“Qafqazinfo” xəbər verir ki, Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində yaradılan komissiya üzvləri Xidmətin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Tahir Xəlilovun rəhbərliyi ilə Gəncə şəhərində müxtəlif istiqamətlər üzrə infrastruktura baxış keçiriblər.
Sukanal idarəsində texnika və avadanlıqların mövcud vəziyyəti ilə yaxından tanış olan komissiya üzvləri oyunlar ərəfəsində daha çevik və məsuliyyətli davranmağı tövsiyə edilib.
Tahir Xəlilov Xidmətin əməkdaşları ilə söhbət aparıb, problemlərin nədən ibarət olduğunu soruşub. Bu yöndə həm komissiya üzvlərinə, həm də sukanal idarəsinin əməkdaşlarına tapşırıqlarını verib.
“Dəyirmi masa” arxasında davam edən görüşdə III MDB Oyunlarının keçiriləcəyi günlərdə işçilərin hansı qrafiklə çalışacağı dəqiqləşdirilib, o cümlədən, infrastrukturun xəritə üzrə vəziyyətinə aydınlıq gətirilib. Qeyd olunub ki, oyunların keçiriləcəyi günlərdə sukanal idarəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Komissiya üzvləri Olimpiya Kompleksində, Gəncə İdman Sarayında, Şəmkir Sutəmizləyici Qurğular Kompleksində, yenidən qurulan Gəncə Stadionunda olublar. Su təchizatı təminatının vəziyyətini yerindəcə yoxlanılıb.






Baxış sayı:87
Bu xəbər 15 Sentyabr 2025 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















