Icma.az
close
up
RU
III MDB Oyunları ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir ŞƏRH EDİLDİ

III MDB Oyunları ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir ŞƏRH EDİLDİ

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"III MDB Oyunları Gəncədə və digər altı şəhərdə keçiriləcək. Bu yarışlarda dəvət olunan qonaqlarla birlikdə 2400 idmançının iştirakı nəzərdə tutulub. Məlum olduğu kimi, yarışlar ərəfəsində Azərbaycan ilə Rusiya arasında münasibətlər kifayət qədər gərginləşmişdi. Buna baxmayaraq, Rusiya tam heyətlə bu oyunlarda iştirak etmək qərarına gəldi". Bu barədə SİA-ya siyasi ekspert Abutalıb Səmədov bildirib.

Onun sözlərinə görə, MDB Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin idman sahəsində qazandığı böyük təcrübəyə verilən qiymətdir: "Azərbaycan indiyədək ən mötəbər yarışlara ev sahibliyi edib və müxtəlif idman növləri üzrə turnirləri yüksək səviyyədə təşkil etməklə dünyada nüfuz qazanıb. Buna görə də MDB Oyunlarının da məhz Azərbaycanda keçirilməsi təbii və qanunauyğun bir addımdır.

Azərbaycan Prezidentinin açılış mərasimində iştirakı bu tədbirə verilən xüsusi dəyərin göstəricisidir. Tədbir yüksək səviyyədə təşkil olunub və Prezidentlə yanaşı birinci vitse-prezidentin də iştirak etməsi dövlətin idmana göstərdiyi diqqətin bariz nümunəsidir. Açılış mərasiminin möhtəşəmliyi həm oyunların əhəmiyyətini, həm də Azərbaycanın böyük idman tədbirlərinə ev sahibliyi etmək bacarığını bir daha nümayiş etdirdi. Şübhə yoxdur ki, bundan sonra da ölkəmiz bu cür mötəbər idman yarışlarına ev sahibliyi etməyə davam edəcək.

Azərbaycan hakimiyyətinin idman siyasətinin əsas mahiyyəti də məhz bundan ibarətdir – ən mötəbər yarışları keçirməklə ölkəmizi dünyaya tanıtmaq, Azərbaycanın turizm imkanlarını geniş şəkildə təbliğ etmək. MDB Oyunları bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Çünki yarışlar əsasən turizm mərkəzlərində təşkil olunub ki, bu da Azərbaycanın təbii gözəlliklərinin, tarixi abidələrinin və turizm potensialının bütün dünyaya təqdim olunmasına xidmət edir. Eyni zamanda yarışların yüksək səviyyədə təşkili gələcəkdə daha böyük və nüfuzlu beynəlxalq tədbirlərin ölkəmizə salınmasına yol açacaq. Bu prosesin son hədəfi isə şübhəsiz ki, Azərbaycanın Olimpiya Oyunlarına ev sahibliyi etməsidir. Bu, ölkəmizin ən böyük arzularından biridir və real imkanlara əsaslanır. Çünki Azərbaycan həm təşkilatçılıq təcrübəsinə, həm də beynəlxalq nüfuza sahibdir. Şübhə yoxdur ki, yaxın illərdə bu hədəfə çatmaq mümkün olacaq. MDB Oyunlarının Azərbaycanda keçirilməsi isə bu yolda atılan mühüm addımlardan biri kimi tarixə düşəcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:36
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 Oktyabr 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see241

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see239

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see227

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see216

DİN “9990” və “7770” ilə bağlı məlumat yaydı

14 Noyabr 2025 18:29see180

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see175

Ədəbiyyat və publisistikamızın unudulmaz siması

14 Noyabr 2025 12:07see163

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see161

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see157

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see150

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see150

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see150

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see147

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see144

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see141

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see140

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see139

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see138

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see136

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

15 Noyabr 2025 00:07see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri