III MDB Oyunlarında iştirakçı ölkələrin sayı artdı
futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda keçiriləcək III MDB Oyunları üçün qeydiyyatdan keçən ölkələrin və idmançıların sayı artıb.
Futbolpress.az xəbər verir ki, yarışa 13 ölkədən 1624 idmançı və 2337 nümayəndə qatılacaq.
Əvvəlcə 12 ölkənin iştirakı nəzərdə tutulsa da, sonradan Kuba da siyahıya əlavə olunub.
Turnirdə iştirak edəcək ölkələrin idmançı sayı belədir:
Azərbaycan – 340
Rusiya – 262
Özbəkistan – 254
Belarus – 240
Qazaxıstan – 147
Tacikistan – 144
Qırğızıstan – 126
Türkmənistan – 48
Türkiyə – 38
Kuba – 11
Küveyt – 6
Pakistan – 4
Oman – 4
Yarışlar 23 idman növü üzrə – kamandan oxatma, badminton, 3×3 basketbol, boks, kanoe, çövkən, qılıncoynatma, futbol (U-16), yunan-Roma güləşi, cüdo, karate, bədii gimnastika, avarçəkmə, sambo, güllə atıcılığı, stend atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvondo, batut gimnastikası, voleybol, qadın güləşi və sərbəst güləş – 12 məkanda baş tutacaq.
III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhər stadionunda təşkil olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 27 Avqust 2026 23:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















