III MDB Oyunlarının ilk nümayəndə heyətləri Azərbaycana gəlib
Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
III MDB Oyunlarında iştirak edəcək nümayəndə heyətləri ölkəmizə gəlməyə başlayıb.
Tribunainfo.az xəbər verir ki, bu gecə Belarus, Qazaxıstan, Özbəkistan və Tacikistandan olan idmançılar Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş ediblər. İdmançılar futbol, stolüstü tennis, kamandan oxatma və sambo idman növlərində mübarizə aparacaqlar.
Heydər Əliyev Beynəlxalq Hava Limanında qonaqları III MDB Oyunlarının Təşkilat Komitəsinin nümayəndələri və jurnalistlər qarşılayıblar.
Bakıya çatdıqdan sonra idmançılar dərhal yarışların keçiriləcəyi şəhərlərə yola düşüblər.
Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi – keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə Şəhər Stadionunda təşkil olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 24 Sentyabr 2025 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















