III MDB Oyunlarının qalibi medalını dünyasını dəyişmiş dostuna həsr edib VİDEO
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Qızıl medalı qazandığım anda ilk ağlıma gələn Himnimiz oldu”.
Bu sözləri Baku TV-yə müsahibəsində III MDB Oyunlarında qızıl medala sahib olan karateçi Mədinə Sadıqova deyib.
“Orada Bayrağımızın altında Himnimizi eşitmək mənim üçün böyük qürur idi. Həmişə qalib idmançılarımızı izləyəndə həmin hissləri yaşamağı arzulayırdım”, – deyə o əlavə edib.
Mədinə Sadıqova uğurunu həyatını itirmiş dostuna həsr etdiyini bildirib: “Yaxın dostum Nihad ani ürəktutmasından dünyasını dəyişdi. Nihadın son günündə yanında ola bilməmişdim. Turnirdə ən çox onun üçün döyüşürdüm. Bu medalı Nihada həsr edirəm”. O həmçinin gələcəkdə medallarının daha da artmasını arzuladığını söyləyib: “Qızıl medal mənim üçün böyük motivasiya oldu. Şəhid kapitan Sadıqovun qızı olaraq tarixə keçəcəyimə inanıram”.
Ətraflı süjetdə:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 17 Oktyabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















