Icma.az
close
up
RU
III qrupda 8 min tələbənin kəsiləcəyi gözlənilir

III qrupda 8 min tələbənin kəsiləcəyi gözlənilir

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Artıq ixtisas seçimi başa çatıb. Bu baxımdan maraqlıdır ki, əvvəlki illərlə müqayisədə bu il oğlan və qız abituriyentlərin ən çox yönəldiyi sahələr hansılar oldu?

Pedaqoji ixtisaslara maraq hələ də varmı?

BAKU.WS xəbər verir ki, AzEdu.az-a bu barədə açıqlama verən elm və təhsil eksperti Səbuhi Abdullayev qeyd edib ki, III qrupda 8 min tələbənin, abituriyentin kəsiləcəyi gözlənilir:

"12-19 avqust tarixlərində keçirilən ixtisas seçimində 87 mindən artıq abituriyent öz ixtisas ərizəsini təsdiqləyibdir. Təbii ki, burada I və II qrupda gərginlik nisbətən aşağıdır, çünki burada plan yerləri iddiaçıların sayına nisbətdə yaxşıdır, ancaq III və IV qrupda kifayət qədər gərginlik yüksəkdir.

Xüsusilə də III qrupda keçirilən müsabiqə şəraitində gərginlik çoxdur, ən azı 5 və ya 8 min tələbənin, abituriyentin kəsiləcəyi gözlənilir. Bununla əlaqədar həm Dövlət İmtahan Mərkəzinin rəhbərliyi öz fikrini bildirmişdi, eyni zamanda statistik təhlillərə baxan zaman bunu aydın şəkildə görmək olur.

İxtisas seçimi edən zaman təbii ki, burada daha yüksək bal toplayanlar özlərinin əvvəldən planlaşdırdığı istiqamətdə həm texniki sahə, həm ümumən humanitar sahədə gedirlər, ancaq nisbətən aşağı bal toplayanlar isə təbii ki, gələcəkdə yaxşı iş tapmaq ümidi ilə ixtisaslarını seçirlər".

Müəllimlik ixtisasını seçənlər kifayət qədər azdır:

"Daha çox valideynlərdən, nənə-babalarından və şagirdlərin özündən eşidirik ki, onlar ixtisas seçməkdən daha çox universitetə qəbul olmağa çalışırlar və təbii ki, bütün gələcək işlərin bacarıqla əlaqəli olduğunu başa düşürlər və sadəcə diplom burada vasitəçi rol oynadığını bilirlər. Təbii ki, burada xüsusi ixtisaslar var ki, müəllimlikdir, hüquqşünaslıqdır və tibb istiqamətləridir ki, bunlar birbaşa həmin pedaqoji və ya humanitar sahənin, eyni zamanda tibb sahəsinin diplomları birmənalı şəkildə gərəkdirir.

Məhz buna görə də həmin ixtisaslar istiqamətində, habelə ixtisas hüquq və tibb istiqamətində bu il daha da yüksəkdir, yəni daha da yüksək əmsaldadır. Buna görə də düşünürəm ki, həmin ixtisaslar istiqamətində yerlər üçün kifayət qədər gərginlik yaranacaq. Ancaq könüllü olaraq da müəllimliyi seçənlər də var, ama bu ümumi nisbəti götürəndə kifayət qədər azdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://baku.ws
archiveBu xəbər 21 Avqust 2026 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see376

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see346

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see333

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see276

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see272

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see247

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see246

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see225

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see208

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see206

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see200

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see197

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see189

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see185

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see185

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see175

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see175

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see174

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see170

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri