III qrupda boş yerlər yalnız bir ixtisasda qalıb
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə əsas yerləşdirmədən sonra III ixtisas qrupunda cəmi 5 plan yeri boş qalıb.
Modern.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin boş qalan yerlərə qəbul üçün nəşr etdiyi “Abituriyent” jurnalının 7-ci nömrəsində məlumat verilib.
Jurnaldakı göstəricilərə əsasən, III qrup üzrə boş qalan 5 yerin hamısı Bakı Dövlət Universitetinin “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisasına aiddir.
Proqram DT altqrupu üzrə, əyani təhsil formasında və ingilis dilində tədris olunur. İxtisas üzrə illik təhsil haqqı 2400 manat təşkil edir.
Beləliklə, III ixtisas qrupu boş plan yerlərinin sayına görə digər qruplardan kəskin fərqlənir. Müqayisə üçün, I qrupda 533, II qrupda 357, IV qrupda isə 407 boş plan yeri ikinci müsabiqəyə çıxarılıb.
Bu göstəricilər III qrup üzrə ayrılmış plan yerlərinin əsas yerləşdirmə mərhələsində, demək olar ki, tam dolduğunu göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 28 Avqust 2026 08:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















