“İİTKM 10 proqramın monitorinq və qiymətləndirməsini aparır”
Icma.az bildirir, Sia Az portalına istinadən.
“İİTKM ölkə üçün böyük əhəmiyyət kəsb edən sənədlərin - “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” və “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” daxil olmaqla 10 proqramın monitorinq və qiymətləndirməsini aparır”. SİA xəbər verir ki, bu sözləri İİTKM-də 2024-cü ilin yekunlarına dair mətbuat konfransında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı deyib.
Vüsal Qasımlı sözlərinə belə davam edib: “2024-cü ilin oktyabr ayında isə Prezident İlham Əliyev daha bir mühüm sənədin - “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın monitorinq və qiymətləndirilməsini Mərkəzə tapşırıb”.
Ayşən Vəli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 22 Yanvar 2025 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















