Icma.az
close
up
RU
İİTKM nümayəndələri Qarabağda görülən işlərlə tanış olublar

İİTKM nümayəndələri Qarabağda görülən işlərlə tanış olublar

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) əməkdaşları “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasının monitorinq və qiymətləndirilməsi çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfər ediblər.

Bu barədə Reyting.az-a İİTKM-dən bildiriblər.
Nümayəndə heyəti tərəfindən Ağdam şəhəri, Ağdam rayonunun Xıdırlı kəndi, Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndləri, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi, Ağdərə rayonunun Həsənriz və Vəngli kəndləri, Kəlbəcər şəhəri, Laçın şəhəri, Laçın rayonunun Sus və Bəylik kəndləri, Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndləri, Zəngilan şəhəri, Zəngilan rayonunun Ağalı, Cahangirbəyli və Məmmədbəyli kəndlərində icra olunan tikinti, yenidənqurma və bərpa işlərinə, həmçinin kommunikasiya, infrastruktur və digər obyektlərə yerində baxış keçirilib.
Eyni zamanda, nümayəndə heyəti Ağdam Sənaye Parkı, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı, “Qozlukörpü” və “Çaykənd” su elektrik stansiyaları, “Təkəqaya” və “Ağçay” kiçik su elektrik stansiyaları, “Şəfəq” günəş elektrik stansiyası və Cəbrayıl rayonunda yerləşən “Tingçilik və Təlim-Tədris Mərkəzi”ndə görülmüş işlərlə yaxından tanış olub.
Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Dövlət Proqramı çərçivəsində müasir infrastrukturun qurulması, keçmiş məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdışı və rahat məskunlaşması üçün yeni yaşayış məntəqələrinin inşası sürətlə davam etdirilir. 2025-ci ilin birinci yarısınadək 15 min nəfərdən çox əhalinin doğma yurd-yuvalarına köçürülməsi həyata keçirilib. Ümumilikdə, azad edilmiş ərazilərdə yaşayan əhali sayı 50 min nəfərdən çoxdur.
Sözügedən səfər çərçivəsində yaşayış məntəqələri və aidiyyəti layihələrə baxış zamanı İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, müvafiq bərpa, tikinti və idarəetmə xidmətləri, həmçinin 20-dən çox icraçı qurumun əməkdaşları ilə işgüzar müzakirələr aparılıb.
2025-ci ilin birinci yarısına olan məlumata əsasən, Dövlət Proqramı çərçivəsində bir sıra mühüm layihələr icra edilib, habelə 1 ali, 14 ümumtəhsil və 6 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib, 19 səhiyyə obyekti, o cümlədən 2 xəstəxana, 6 ailə sağlamlıq mərkəzi, 5 həkim məntəqəsi, 4 modul tipli xəstəxana və 1 poliklinika fəaliyyətə başlayıb. Bununla yanaşı, uzunluğu 300 km-dən artıq olan avtomobil yolunun tikintisi başa çatdırılıb.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilir.




Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://reyting.az
archiveBu xəbər 23 İyul 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see353

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see340

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see327

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see320

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see313

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see302

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see294

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see289

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see260

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see245

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see240

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see228

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see224

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see208

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see199

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see197

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see192

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri