Icma.az
close
up
RU
IJF azərbaycanlı çempiondan yazdı

IJF azərbaycanlı çempiondan yazdı

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Beynəlxalq Cüdo Federasiyası (IJF – International Judo Federation) Almaniyanın Heydelberq şəhərində keçirilən paracüdo üzrə Avropa çempionatının yekunları ilə bağlı yayımladığı məqalədə paracüdoçumuz İlham Zəkiyevin tarixi uğuruna xüsusi yer ayırıb.

Futbolpress.az xəbər verir ki, məqalədə qeyd olunur ki, çempionatın ikinci günündən yadda qalan ən diqqətçəkən məqamlardan biri İlham Zəkiyevin yenidən böyük beynəlxalq turnirin podiumunun ən yüksək pilləsində dayanması olub.

Azərbaycanlı paracüdo əfsanəsi J1 kateqoriyası üzrə +95 kq çəki dərəcəsində Avropa çempionu titulunu qazanıb. Final qarşılaşmasında İspaniyanı təmsil edən Rodrigo Suarez Garrosaya qalib gələn İlham Zəkiyev növbəti qitə çempionluğunu rəsmiləşdirib.

Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin uzunmüddətli uğurlu karyerasını da xüsusi vurğulayıb. Qeyd edilib ki, Zəkiyev ilk dəfə 2004-cü ildə Afina Paralimpiya Oyunlarında çempion olub və dörd il sonra Pekində titulunu qoruyub. Daha sonra London, Tokio və Paris Paralimpiya Oyunlarında üç bürünc medal qazanan paracüdoçumuz üçqat dünya çempionudur.

Məqalədə İlham Zəkiyevin 20 ildən artıqdır paracüdoda dünyanın ən güclü idmançıları arasında mübarizə apardığı diqqətə çatdırılıb. İlk Paralimpiya çempionluğundan 22 il sonra onun hələ də mübarizə aparması, qalib gəlməsi və Avropa çempionu olması xüsusi vurğulanıb.

Beynəlxalq Cüdo Federasiyası Zəkiyevin qələbəsini Heydelberqdə keçirilən çempionatın əsas simvolik məqamlarından biri kimi qiymətləndirib. Məqalədə bildirilib ki, yarışda paracüdoçuların bir neçə nəsli bir araya gəlib: karyerası 20 ildən çox davam edən təcrübəli idmançılar, artıq öz dövrlərinin ən güclü çempionları olan paracüdoçular və gələcək Paralimpiya tsiklinin əsas simalarına çevrilməyə çalışan gənc idmançılar.

Beləliklə, İlham Zəkiyev 2026-cı il paracüdo üzrə Avropa çempionatında növbəti tarixi uğuruna imza ataraq 10-cu dəfə qitə çempionu titulunu qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 28 Avqust 2026 23:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see439

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see309

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see287

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see259

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see237

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see229

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see229

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see228

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see225

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see215

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see207

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see200

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see198

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see197

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see197

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see190

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see190

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see189

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see188

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri