İkardinin Qalatasaray dan tələbi bilindi: Yeni şərtləri var
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Argentinalı hücumçu Mauro İkardi ilə "Qalatasaray" arasında yeni müqavilə danışıqları hələ də yekunlaşmayıb.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, müqavilə müddəti iyunun 30-da başa çatan və hazırda azad agent statusunda olan 33 yaşlı futbolçuya İstanbul təmsilçisi tərəfindən illik 5 milyon avro maaşla 1+1 illik yeni müqavilə təklif olunub. Lakin Mauro İkardi bu təkliflə razılaşmayıb.
Bildirilir ki, təcrübəli hücumçu klubdan 2 illik müqavilə və mövsümə görə 7 milyon avro əməkhaqqı istəyir.
Məsələnin həlli üçün futbolçunun meneceri Elio Pinonun yaxın günlərdə "Qalatasaray"ın prezidenti Dursun Özbəklə görüşü planlaşdırılır. Tərəflərin həmin görüşdə ortaq məxrəcə gəlməyə çalışacağı qeyd olunur.
Hazırda danışıqlar davam edir və Mauro İkardinin karyerasını "Qalatasaray"da davam etdirib-etdirməyəcəyi keçiriləcək görüşdən sonra müəyyənləşəcək.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 07 İyul 2026 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















