İkardinin Qalatasaray macərası başa çatır Onun yeni klubu bəllidi?
Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
''Qalatasaray''la cəmi 2 aylıq müqaviləsi qalan Mauro İkardi haqda hər həftə yeni bir iddia ortaya atılır.
Ötən həftə ulduz futbolçunun ''River Pleyt''ə yollanacağı ilə bağlı xəbərlər peyda olmuşdu. İndi də İkardinin İtaliyaya qayıdacağı ilə bağlı şayiələr yayılıb.
"Football-plus.az" xəbər verir ki, bu iddianı FİFA meneceri Marko Kırdemir səsləndirib. O hətta konkret klub adı da çəkib:
''Məndə olan məlumata görə İkardi bu yay birmənalı şəkildə İtaliyaya qayıdacaq. İndidən ''Yuventus''la ilkin razılıq əldə edib. Çünki sevgilisi də İtaliyada yaşamaq istəyir. Karyerasını ''Qalatasaray''da davam etdirməyəcək. Zatən müqaviləsi də başa çatmaq üzrədi''.
Marko Kırdemir Viktor Osimhenin ''Real''ın maraq dairəsində olması faktını təkzib edib. O, Madrid nəhənginin əsil hədəfinin Erlinq Holann olduğunu bildirib. Menecerin bir başqa iddiasına görə isə yayda ''Real''ın başına Yürgen Klopp gətiriləcək.
İkardi mövzusuna gəlincə, Türkiyə mətbuatı da ''Qalatasaray''ın ona yeni müqavilə təklif etməyəcəyini yazır. Təcrübəli forvard son vaxtlar ümumiyyətlə sanki klubdan təcrid olunub. Son oyunlarda ehtiyat skamyaya həbs edilən argentinalının üzü gülmür. O, komandasının əldə etdiyi möhtəşəm zəfərlərə dair heç bir paylaşımlar etmir. Eləcə də oyundan sonra komanda ilə birlikdə sevinmir. Osimhenin kölgəsində qalmaqdan və ehtiyatda oturmaqdan bəzən 33 yaşlı forvard məşqlərdə də çox həvəssiz görünür.
İddialara görə rəhbərlik onunla görkəmli şəkildə vidalaşmaq, ona fanatlar önündə müxtəlif xatirə hədiyyələri vermək niyyətindədi.
Xatırladaq ki, Türkiyədə 4-cü mövsümünü keçirən İkardi klub tarixinin ən məhsuldar əcnəbi futbolçusu statusundadı. O indiyə qədər sarı-qırmızı forma ilə iştirak etdiyi 124 rəsmi oyunda 76 qol, 24 məhsuldar ötürmə ilə fərqlənərək 100 qolun vurulmasında yaxından iştirak edib.
Bu mövzuda digər xəbərlər:Mauro İkardinin Qalatasaray macərası sona çatır
28 Mart 2026 17:56
İkardinin “Qalatasaray” arzusu
05 Oktyabr 2026 12:18
Qalatasaray İkardinin müqaviləsini donduracaq
09 Noyabr 2024 12:58
Qalatasaray İkardinin müqaviləsini donduracaq?
11 Noyabr 2024 08:27
“Qalatasaray” İkardinin əvəzləyicisini tapdı
02 İyul 2026 14:44
Baxış sayı:126
Bu xəbər 13 Mart 2026 22:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















