İki avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb
Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Stavropol yaxınlığında iki avtomobilin toqquşması nəticəsində 4 nəfər həlak olub.
SİA-nın məlumatına görə, bu barədə 5-tv.ru xəbər verir. Qəzanın saat 17 radələrində Şimal dolama yolunun 11-ci kilometrliyində baş verdiyi dəqiqləşib.
İlkin məlumata görə, “VAZ-2107” markalı avtomobili idarə edən 62 yaşlı kişi idarəetməni itirərək qarşıdan gələn nəqliyyat vasitəsinə çıxıb və “Nissan” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində hər iki sürücü, eləcə də yerli avtomobilin içərisində olan iki yaşlı qadın hadisə yerində dünyasını dəyişiblər.
İkinci avtomobilin sərnişini xəsarətlə Stavropoldakı xəstəxanaya çatdırılıb.
Nazlı Almuradova
Bu mövzuda digər xəbərlər:Rusiyanın Yaroslavl vilayətində iki avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb
08 İyun 2025 17:48
Qəbələdə iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb...
25 Avqust 2025 18:32
Avtomobilin kütləyə sürülməsi nəticəsində iki nəfər ölüb
16 Fevral 2025 23:55
Banqladeşdə iki qayığın toqquşması nəticəsində 8 nəfər ölüb
26 Dekabr 2025 15:17
Mingəçevirdə iki avtomobilin toqquşması nəticəsində üç nəfər xəsarət alıb
21 Dekabr 2025 23:35
Baxış sayı:134
Bu xəbər 29 Dekabr 2024 21:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















