İki ay öncə haqqında yazdığımız səfir geri çağırıldı İnanılmaz səbəb
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın İraqdakı səfiri Nəsir Natiq oğlu Məmmədov geri çağırılıb.
Globalinfo.az bildirir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı sənəddə deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Nəsir Natiq oğlu Məmmədov Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın”.
Qeyd edək ki, 2023-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Nəsir Natiq oğlu Məmmədov Azərbaycanın İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
***
Xatırladaq ki, Nəsir Məmmədovun yarıtmaz fəaliyyəti haqda oktyabrın 20-də Globalinfo-da məqalə dərc olunmuşdu. Məqalədə mötəbər mənbələrə istinadla qeyd olunurdu ki, səfirlikdə hər il viza alverindən milyonlarla vəsait mənimsənilir. Söhbət viza rüsumunun 20 dollar olduğu halda səfirliyin saxta “vasitəçi şirkət”in əli ilə vizanı 500 dollara satmasından gedir. İl ərzində təxminən 5 min viza verilir ki, bu da yekunda 2-3 milyon dollar aralığında mənimsəmə olduğunu göstərir. Həmin yazını buradan oxuya bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 16 Dekabr 2024 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















