İki aylıq prezidentliyi ərzində Tramp administrasiyasına qarşı 150 dən çox iddia qaldırılıb
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Donald Trampın prezidentlik müddətinin cəmi iki ayı keçdikdən sonra Amerika lideri artıq onun siyasi qərarlarını mübahisələndirən 150-dən çox iddia ilə mübarizə aparır.
“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
“ABŞ-nin bütün ərazisində hakimlər tez-tez administrasiya əleyhinə qərarlar çıxarır və bəzi hallarda prezidentin konqresin təsdiqi olmadan hərəkət edərək səlahiyyətlərini aşa biləcəyini bildirirlər”, – nəşrin materialında deyilib.
Eyni zamanda, iddiaların böyük hissəsi miqrasiya siyasətinin sərtləşdirilməsi ilə bağlıdır. Həmçinin məhkəmələrdə dövlət qulluqçularının kütləvi işdən çıxarılması tez-tez mübahisələndirilir.
Tramp administrasiyası getdikcə daha çox məhkəmə əmrlərinə tabe olmamaqda və qanuna lazımi qaydada riayət etməməkdə ittiham olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 24 Mart 2025 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















