İki aylıq qızını satan ana saxlanıldı
Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.
Xarkovda iki aylıq qızını 20 min dollara satan 22 yaşlı qadın saxlanılıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə Ukrayna Baş Prokurorluği məlumat yayıb.
İstintaqın məlumatına görə, 2024-cü il dekabrın 1-də Xarkov sakini qız övladı dünyaya gətirib. Artıq növbəti ilin yanvarında qadın uşağı tanışına satmaq qərarına gəlib və onunla görüş təşkil edib. Şübhəli iki aylıq qızı üçün 20 min dollar qiymət açıqlayıb.
Təqsirləndirilən şəxsin sözlərinə görə, ona təcili olaraq öz ehtiyacları üçün pul lazım olduğundan uşağı satmaq qərarına gəlib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qadını uşağı təhvil verərkən və razılaşdırılmış məbləği alarkən saxlayıblar. Hazırda şübhəli şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir.
Baxış sayı:75
Bu xəbər 13 Fevral 2025 17:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















