Icma.az
close
up
RU
“İki Azərbaycan vətəndaşını Ukraynada əsassız yerə tutublar”

“İki Azərbaycan vətəndaşını Ukraynada əsassız yerə tutublar”

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

İki Azərbaycan və bir Türkiyə vətəndaşının 7 aydan çoxdur əsassız ittihamlarla Ukraynada saxlanıldığı deyilir. 

Bu barədə “Qafqazinfo”ya həbs olunan şəxslərdən birinin qohumu müraciət edib.

Adının çəkilməyini istəməyən şikayətçi iddia edib ki, Əmrah Cəfərzadə, Vüsal Əliyev və İsa Koçar erməni əsilli qadının saxta ittihamlarına görə həbsə salınıblar. Onun sözlərinə görə, adıçəkilən şəxslərə erməni əsilli Ukrayna vətəndaşına qarşı təcavüz kimi ağır, alçaldıcı və etibar zədələyici ittiham irəli sürülüb: “Hazırda həmin şəxslər Kiyevdə Lukyanivska təcridxanasında saxlanılırlar. İttihamlara əsasən, guya həmin şəxslər narkotikin təsiri altında Anya adlı erməni qadına təcavüz ediblər. Lakin ilkin ifadələrlə sonrakı ifadələr arasında fərqlər mövcuddur. İttihamın irəli sürülməsinə baxmayaraq, cinayət işi materiallarında zərərçəkmişdə cırılmış paltar, zədə, xəsarət və ya hər hansı fiziki zorakılıq izi qeydə alınmayıb. Bununla yanaşı, tibbi sənədlərdə bədəndə təzyiq, dartılma, əzilmə və ya digər travmatik izlər aşkar olunmayıb. Hadisə baş verdiyi iddia olunan zamanda zorakılığın izlərini təsdiqləyən kriminalistik əlamətlər müəyyən edilməyib.

Bioloji sübutlar isə tamamilə yoxdur. Yəni DNA (DNK) izi aşkar edilməyib, sperm izinə rast gəlinməyib, hadisə yerindən və ya zərərçəkmişdən götürülmüş nümunələrdə hər hansı bioloji iz tapılmayıb. Eyni zamanda, kriminalistik ekspertizalar ittihamla uyğun gələn nəticə təqdim etmir”.

R.Süleymanlı qeyd edib ki, hadisəni birbaşa görən və ya təsdiqləyən heç bir şahid də yoxdur: “Şahid kimi göstərilən şəxslər hadisənin təfərrüatlarını öz gözləri ilə görməyib və məlumatlar eşitmə xarakterlidir. Zərərçəkmişin ifadələri başqa heç bir obyektiv sübutla təsdiqlənmir. Narkotik və ya psixoaktiv maddə izləri yoxdur. Hadisəni təsdiq edən video–audio materiallar, müşahidə kamerası görüntüləri təqdim edilməyib. Telefon, mesaj, sosial şəbəkə və digər elektron sübutlarda ittihamla bağlantı yoxdur. Geolokasiya və ya hərəkət trayektoriyasını göstərən sübutlar təqdim edilməyib. Həmçinin zərərçəkmişin tibbi müayinəsində ittihamı dəstəkləyən nəticələr yoxdur. Ekspert rəyləri ziddiyyətlidir və cinayətin tərkibini təsdiqləmir, hadisənin baş verdiyi iddia olunan vaxt və tibbi nəticələr arasında uyğunluq yoxdur.

Yəni ittihamda qeyd olunan hadisə ssenarisini sübut edən heç bir kriminalistik, texniki və ya bioloji dəlil yoxdur. Hadisənin başvermə şəraitinə dair iddialar fərziyyələrdən ibarətdir və obyektiv sübutlarla təsdiq olunmur”.

R.Süleymanlı vurğulayıb ki, hazırda adıçəkilən şəxslərin həbsdə saxlanılması ilə bağlı konsul müdafiəsi təmin edilmir.

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə də sorğu ünvanlamışıq.

Nuranə Daxilqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 26 Noyabr 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri