Icma.az
close
up
RU
İki dəfə bahalaşdı: minlərlə azərbaycanlı imtina etdi Yeni seçim

İki dəfə bahalaşdı: minlərlə azərbaycanlı imtina etdi Yeni seçim

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda ev telefonlardan istifadənin sürətlə azalması sosial mediada müzakirə yaradıb. Bildirilir ki, proses kütləvi imtina və ya ümumiyyətlə bunun ləğvi ilə yekunlaşa bilər.

Qeyd edək ki, ötən il ölkədə sabit şəbəkə telefonlarının ümumi sayı 1 milyon 175 min olub. Onlardan 1 milyon 95 min 200-ü mənzillərdəki telefonlara aiddir. Halbuki, 2023-cü ildə bu göstərici 1.4 milyondan çox olub. Deməli, cəmi bir il ərzində 230 minə yaxın insan ev telefonundan imtina edib.

Texnoloji dəyişikliklərin sosial davranışa təsiri hansı səviyyədədir? Məsələ uzunmüddətli sosial və təhlükəsizlik problemlərinə yol aça bilərmi?

Globalinfo.az-a danışan sosioloq Lalə Mehralı deyib ki, hələ də ev telefonlarından istifadə edənlər var:

“Məsələn, bəzi valideynlər smartfonu olmayan övladları ilə gün ərzində əlaqə saxlamaq və nəzarət etmək üçün ev telefonuna üstünlük verirlər. Bu tendensiyanı yaşlı və gənc nəsil üzrə ayırmaq düzgün olmaz. Çünki artıq əksəriyyət görüntülü və səsli internet zənglərindən rahat şəkildə istifadə edirlər. Buna görə də çoxu ev telefonuna görə aylıq abunə haqqının ödənilməsini lazımsız hesab edir. Digər tərəfdən, abunə haqları son illərdə bahalaşıb. Əgər 4-5 il əvvəl aylıq 2 manat ödənilirdisə, indi bu məbləğ 4 manata qədər yüksəlib”.

Lalə Mehralı

Sosioloq bildirib ki, bir çox yerli ATS-lərin rəqəmsal sistemə keçidi də ev telefonlarından imtinaya gətirib çıxaran səbəblərdəndir:

“Elektrik enerjisi olmadıqda ev telefonları da işləmir və insanlar bu xidmətin artıq praktik olmadığını düşünür. Əgər ev telefonları əvvəlki kimi ənənəvi, yəni enerjidən asılı olmayan sistemlə işləsəydi, azalma olmazdı. İndi isə evdə bir neçə nəfərin smartfon istifadə etməsi və görüntülü, audio zəng imkanlarının olması ev telefonuna ehtiyacı tamamilə aradan qaldırır. Nəticədə, bu xidmətdən imtinalar kütləviləşir”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Oktyabr 2025 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri