Icma.az
close
up
RU
İki dəfə universitetə qəbul olub oxumayan akrisa: “Təhsilə çox da ehtiyac yoxdur” MÜSAHİBƏ

İki dəfə universitetə qəbul olub oxumayan akrisa: “Təhsilə çox da ehtiyac yoxdur” MÜSAHİBƏ

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Günümüzdə təhsilə çox da ehtiyac olmadığını görürük”. 

Bu sözləri tanınmış aktrisa Vəfa İsmayılova “Cebheinfo.az”-a müsahibəsində deyib.

O, hazırda “İki qapı arasında” serialında və “Sən zarafat elə” layihəsində rol alır. Vəfa İsmayılova eyni zamanda blogerlik də edir.  

Müsahibəni təqdim edirik:

- Vəfa İsmayılova kimdir?

- 18 sentyabr 2000-ci ildə Bakı şəhərində doğulmuşam. Evin tək uşağıyam. Atam qarabağlı, anam isə gürcüstanlıdır. Uşaqlığım Gürcüstanda keçib. Ora da bir başqa bağlıyam. 2018-ci ildə evlənmişəm, 1 yaşında Alparslan adlı bir oğlum var. 

-Karyeranıza necə başlamısınız?

-Əslində, uşaqlıqdan aktrisa və ya jurnalist olmaq istəyirdim. Lakin evin tək uşağı olduğum üçün buna icazə vermirdilər. Valideynlərim deyirdilər ki, qız uşağı nədir, incəsənət nədir?. Həvəsim qırıldığı üçün onların istədiyi peşəyə yiyələnmək istədim. İki dəfə universitetə qəbul oldum, amma oxumadım, ali təhsilim yoxdur. Odlar Yurdu Universiteti və Azərbaycan Kooperasiya Universitetinə qəbul olmuşdum, ancaq hər ikisindən imtina etdim.

Bundan başqa, iki tibb kursuna getmişəm və xəstəxanalarda çalışmışam. Gələcəkdə təhsil almağı düşünə bilərəm. Amma günümüzdə təhsilə çox da ehtiyac olmadığını görürük. Karyerama isə kiçik videolar çəkərək başlamışam. Əslində “Instagram” səhifəm hər zaman açıq olub, müxtəlif paylaşımlar etmişəm. İlk dəfə təxminən 3 il əvvəl videobloger, ssenarist Elvin İbra mənə kiçik vaynlarda çəkilməyi təklif etdi, mən də qəbul etdim. Beləliklə, blogerliyə başladım və daha sonra başqaları ilə də qısa videolara çəkildim.

- Aktrisa olaraq ilk dəfə özünüzü hansı serialda sınamısınız?

- İlk dəfə “ARB” telekanalında yayımlanan “Canım qayınatam” adlı serialda çəkilmişəm. Mən seriala başlayanda 3 aylıq hamilə idim, amma bunu heç kimə demədim. Daha sonra vəziyyəti dedim və ssenarini dəyişərək mənim obrazımı da hamilə etdilər. Beləliklə, hamilə olanda serialda da hamilə rolunu oynadım. Həmçinin, “YouTube” platformasında da bir neçə kiçik serialda rol almışam. 

- Maraqlıdır, “İki qapı arasında” serialına necə daxil olmusunuz?

- Ssenarist Elvin Paşa da gürcüstanlıdır və anamla qohumluqları var. O, mənim çəkildiyim “Canım qayınatam” serialının da ssenaristi idi. Oradan məni nəzərində saxlayıb. “İki qapı arasında” çəkilməyə başlamadan da Elvin Paşa məni də təklif edib. Ləhcə ilə danışa bildiyim üçün məni seçdilər. Əslində, “Duyğu” obrazı üçün çağırılsam da, çəkiliş meydançasında Əsmər Rüstəmli ilə obrazlarımız dəyişdirildi. Nəticədə, mən sakit olduğum üçün “Sevgi” rolu verildi. 

- Sizin profilinizə nəzər salanda bir çox fərqli bəylə çəkildiyinizi görürük. Maraqlıdır, həyat yoldaşınız qısqanmır?

- Həyat yoldaşım qısqanc insan deyil. Bu xarakterinə görə ondan çox razıyam. Düşünürəm ki, insanın seçimləri özündən asılıdır. Həyat yoldaşım məni lap əvvəldən belə qəbul edib. Biz tanış olanda səhifəm açıq idi və blogerlik edirdim. Üstəlik, baldızım və qayınanam rəqs müəllimi olublar. Yəni həyat yoldaşımın ailəsi incəsənətə uzaq deyil. Ona görə də problem olmur. Gələcəkdə isə həyat yoldaşımın da yavaş-yavaş bu sahəyə gəlməsini istəyərəm.

- Gələcəkdə özünüzü harada görürsünüz? Komediyada davam edəcəksiniz?

- Mən həmişə komediya layihələrində oynamışam. Lakin xəyalını qurduğum hansısa obraz yoxdur. Nə rol olsa, canlandıra bilərəm. Bundan sonra da özümü ancaq komediyada görürəm. Normalda çox şən və gülərüz insanam. Qarşımda kimsə ciddi söhbət eləsə belə, o söhbətdə yumor axtarmağa çalışacağam. Çünki əyləncə axtaran insanam.

- Bəs xəyalınız nədir?

- “Stand-up”çı olmaq xəyalım var. Çox çətin olsa da, bir gün bunu etmək istəyirəm. 

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Vəfa İsmayılova Müsahibə İki qapı arasında

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:519
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Noyabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri