Icma.az
close
up
RU
İki dövlət arasında müharibə riski ARTDI: Yaxın günlərdə hücum BAŞLAYA BİLƏR

İki dövlət arasında müharibə riski ARTDI: Yaxın günlərdə hücum BAŞLAYA BİLƏR

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yaxın Şərqdə artan siyasi-hərbi gərginlik fonunda İran rəhbərliyi İsrailin mümkün hücumuna cavab planlarını gündəmə gətirib. “The New York Times” nəşri bu barədə İran rəsmisinə istinadən məlumat yayıb. Məlumata əsasən, İran silahlı qüvvələri yüzlərlə ballistik raketdən istifadə etməklə dərhal əks-hücum ssenarisi üzərində işləyir. Tehran tərəfindən hazırlanmış bu planın əsas məqsədi İsrailin potensial hərbi əməliyyatlarına sərt və operativ cavab verməkdir.

Digər tərəfdən, ABŞ mediası bildirir ki, Vaşinqton İsrailin İrana qarşı hərbi əməliyyat keçirmək üçün hazırlıqlar apardığı barədə məlumat əldə edib. Bu da bölgədə yeni bir münaqişə dalğasının baş qaldıra biləcəyi ehtimalını artırır.

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli News24.az-a açıqlamasında bildirib ki, son məlumatlara görə İsrail İrana hücum etməyə tam hazırdır:

"İsrailin İrana hücum etməyə hərbi baxımdan hazır olduğu bildirilir. Lakin bu məsələdə son qərar yalnız İsrailin iradəsindən asılı deyil. İsrail ABŞ-nin ən yaxın müttəfiqidir və onun hərbi addımları çox zaman Vaşinqtonla razılaşdırılır. Hazırda ABŞ üçün Ukrayna savaşı və onun mümkün nəticələri əsas prioritetlərdən biridir. Belə bir fonda İsrailin İrana hücum etməsi və ABŞ-nin bunu dəstəkləməsi o qədər də inandırıcı görünmür”.

Politoloq qeyd edir ki, ABŞ İranın nüvə proqramı ilə bağlı yaranmış gərginliyi mümkün qədər siyasi və diplomatik yollarla həll etməyə çalışır:

"Ağ ev hələ də ümid edir ki, Tehranla razılaşma əldə etmək mümkündür. Bu səbəbdən də, İsrailin İran ərazisinə birbaşa hərbi zərbə endirməsi üçün Vaşinqtondan icazə alması çətin görünür. ABŞ-nin razılığı olmadan isə belə bir əməliyyatın həyata keçirilməsi risqli və region üçün dağıdıcı nəticələrə səbəb ola bilər”.

Elçin Xalidbəylinin fikrincə, Yaxın Şərqdə onsuz da qeyri-sabit olan geosiyasi vəziyyəti nəzərə alaraq, böyük dövlətlərin mümkün müharibə ssenarilərinə ehtiyatla yanaşması zəruridir:

“İsrailin hərbi hazırlığı real olsa belə, bu, hücum qərarının dərhal veriləcəyi anlamına gəlmir. Hazırda daha çox diplomatik alətlər ön plandadır və ABŞ bu yolla irəliləməyi üstün tutur”.

Aqil Qarayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://news24.az
archiveBu xəbər 12 İyun 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see229

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see173

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see163

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see156

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see154

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see152

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see137

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see136

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see135

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see133

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri