İki erməni yeniyetmə Azərbaycana necə keçib? Detallar
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, 17 və 18 yaşları olan Ermənistan sakini iki yeniyetmənin yolu azaraq sərhədin Azərbaycan tərəfinə keçdiyinə dair məlumat yayılıb.
Globalinfo.az bildirir ki, Sünik (Zəngəru-red.) vilayətinin yeniyetmələrin yaşadığı Aravus icmasının keçmiş meri Arqam Hovsepyan onların ötən gecə itkin düşdüyünü deyib.
“Ərazidə bəzi otlaqlar Azəbaycan mövqelərindən cəmi bir neçə metr məsafədə yerləşir. Yeniyetmələrin həmin otaqlardakı atların arxasında getdiyi güman olunur. Gecə qaranlıq olduğu üçün də yolu itiriblər”, – Hovsepyan bildirib.
İcmanın hazırkı rəhbəri Artur Çangiryan isə onların bir ailənin üzvlü olmadığını, sərhədə yaxın ərazidə yaşadıqlarını qeyd edib.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 06 İyun 2025 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















