İki əsr sonra ilk olacaqdı Edamı təxirə salındı
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ-nin federal məhkəməsi, iki əsr ərzində Tennisi ştatında edam edilən ilk qadın ola biləcək 50 yaşlı Krista Paykın edamının təxirə salınması barədə qərar verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The New York Times” (NYT) məlumat yayıb.
Məhkəmə qərarı çərşənbə günü, edamın nəzərdə tutulduğu vaxtdan cəmi bir neçə saat əvvəl verilib.
“The New York Times”ın məlumatına görə, qərar onun vəkillərinin fəal kampaniyasından sonra dəyişdirilib. Vəkillər iddia edirdilər ki, Paykın uşaqlıq dövründə cinsi zorakılığa məruz qalması faktı məhkəmə prosesi zamanı nəzərə alınmayıb. Bundan əvvəl ştat qubernatoru Bill Li Payka əfv hüququ verməkdən imtina etmiş, vəkilləri isə onun edamına hazırlıq işlərinin dayandırılması üçün ABŞ Ali Məhkəməsinə müraciət etmişdilər.
Qeyd edək ki, Payk 1995-ci ildə 19 yaşlı tələbə yoldaşı Kolin Slemmeri öldürdüyünə görə ölüm cəzasına məhkum edilmişdi. Cinayət törədilən zaman təqsirləndirilən şəxsin 18 yaşı var idi. İttiham tərəfinin iddiasına görə, Payk sevgilisi üstündə Slemmerə qarşı qısqanclıq hissi keçirmiş, onu kimsəsiz bir yerə aparmış və sevgilisi ilə birlikdə ona işgəncə verərək öldürmüşdü.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 30 Sentyabr 2026 21:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















