Icma.az
close
up
RU
İki evlilik və bir ömürlük həsrət Emin Sabitoğlu kimdir?

İki evlilik və bir ömürlük həsrət Emin Sabitoğlu kimdir?

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Bu gün Xalq artisti, bəstəkar Emin Sabitoğlunun anım günüdür.

Kulis.az onun haqqında materialı təqdim edir.

Emin Sabitoğlu Bakıda, dramaturq Sabit Rəhmanın ailəsində oğulub.

***

Yazıçı ailəsində doğulmağı onun gələcəkdə bir sənətkar kimi yetişməsində müstəsna rol oynayacaqdı. Evlərinə daim məşhur şairlər, yazıçılar, sənətkarlar gələrdi.

Emin Sabitoğlu indiyə kimi 600-dən çox mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. Bəstəkarın tamaşalara yazdığı o qədər çox musiqisi var ki, özü də sayını dəqiq deyə bilmirdi.

***

Orta təhsilini musiqi məktəbində bitirdikdən sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə - dahi bəstəkar Qara Qarayevin sinfinə qəbul olunub. İki ildən sonra isə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirərək görkəmli rus bəstəkarı, professor Y.Şaporinin sinfini uğurla bitirib.

***

Hələ gənc ikən çalışmağa başladığı ilk müğənnilərdən biri Şövkət Ələkbərova olub. Şövkət xanıma mahnılar bəstələyib. Həmin mahnılara görə “Komsomol mükafatı” qazanıb.

Bəstəkarın mahnıları Şövkət Ələkbərova, Flora Kərimova, Rəşid Behbudov, Yalçın Rzazadə, Hüseynağa Hadıyev, Zeynəb Xanlarova, Mirzə Babayev, Akif İslamzadə, Anatollu Qəniyev, Azər Zeynaov kimi nəhəng sənətkarların repertuarında mühüm yer tutub.

***

Emin Sabitoğlu iki dəfə ailə həyatı qurub. İlk həyat yoldaşı Cəmilə xanımla Bülbül adına məktəbdə sinif yoldaşı olublar. Dostluqları tezliklə sevgiyə çevrilib. Cütlük məktəbi bitirəndən sonra konservatoriyaya daxil olurlar və evlənirlər.

***

Bu evlilikdən bir qızları olub. Adını Ceyran qoyublar. Bəstəkar qızını öz sənəti, peşəkarlığı, musiqiyə münasibəti və həyata baxışı ilə tərbiyə edib.

İkinci həyat yoldaşı o dövrün tanınmış müğənnisi Xədicə Abbasova olub. Elə Cəmilə xanımdan ayrılmağına səbəb də Xədicə xanım olub. Emin Sabitoğlu birinci həyat yoldaşından ayrılsa da, qızı ilə heç vaxt əlaqəni kəsməyib.

***

Xədicə Abbasova ilə evlənəndə bəstəkarın 50, xanımın 30 yaşım vardı. Aralarında 20 yaş fərq olub.

***

İkinci evliliyindən uşaqları olmur. Daha doğrusu, iki oğlan uşaqları dünyaya gəlir, ancaq hər ikisi körpə vaxtı vəfat edirlər.

Mirzə Babayevin səsinə, ifa tərzinə uyğun olaraq “Kəpənək” mahnısını bəstələyib. Mirzə Babayev Emin Sabitoğlunun mahnılarını ən çox oxuyan müğənni olub.

***

Xədicə xanım Eminlə tanışlığını belə xatırlayır: “Bir gün müəllimim Rəşid Behbudov dedi ki, sabah bəstəkar Emin Sabitoğlu gələcək. Bəyəndiyi ifaçıya mahnı verəcək. Emin məni görəndə Rəşid müəllimə dedi, budu sənin ifaçın?! Bu, nədi, qara-mara bir qızdı. Bundan müğənni olar?” Aradan vaxt keçir Xədicə xanım sənətdə özünü göstərir və tanınır. Tədbirlərin birində görüşürlər. Emin Sabitoğlu ona vurulur.

***

Bəstəkar Xədicə xanımı sevəndən sonra teatra içkili gəlirmiş. Tez-tez sevdiyi qadının pəncərəsinin altındakı skamyada oturub gözləyirmiş. Bir gün Xədicə xanımın anası onun bu hərəkətindən təngə gəlir və bəstəkara deyir: “Qızım haqqında müxtəlif fikirlər yaranacaq, ailəli adamsınız, evinizə gedin”. Emin söz altında qalmır və dilə gəlir: “Xədicə kimi həyat yoldaşım olsaydı, heç vaxt evdən çıxmazdım”.

Bəstəkar solaxay idi. Ancaq əsərlərini həm sağ, həm sol əllə yaza bilirdi.

***

Siqaret qutularının üzərində, vərəqlərin kənarında melodiyalar yazırdı.

***

Emin Sabitoğlu əsərlərini piano olmayanda da yazırdı. Bədahətən, çox tez yazırdı musiqilərini. Əsərlərinin üzərində çox da işləmirdi.

O, ömrünün son illərini Türkiyədə keçirmişdi və həmişə Bakının həsrətini çəkirdi. Qaldığı mənzilin birini Bakıya aid əşyalarla bəzəmiş, saatı da Baklı vaxtına qoymuşdu.

***

Emin Sabitoğlunun qəribə xasiyyətləri vardı. Məsələn, jurnalistlərə heç vaxt telefon nömrəsini düzgün vermirdi.

***

Emin Sabitoğlu qan təzyiqindən əziyyət çəkirdi. Bəstəkar 18 noyabr 2000-ci ildə Bakı şəhərində trombun ürəyinə tıxanması səbəbindən vəfat edib.

Hüqonun çılpaq heykəlini yaradan, sevgilisi ilə 53 il sonra evlənən Ogüst Roden Qəşəm Nəcəfzadəyə vəzifə verildi Moskvada Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə konsert olub
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://kulis.az
archiveBu xəbər 18 Noyabr 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri