Icma.az
close
up
RU
İki generalın gizli söhbəti: “Gerasimov xahiş elədi ki...”

İki generalın gizli söhbəti: “Gerasimov xahiş elədi ki...”

Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.

Ötən həftə Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov amerikalı həmkarı Çarlz Braunla telefon danışığı aparıb.

Teleqraf.com xəbər verir ki, Braun ilk dəfədir rusiyalı həmkarı ilə müzakirə aparıb.

Braunun mətbuat katibinin sözlərinə görə, zəng noyabrın 27-də olub, ABŞ-ın Baş Qərargah rəisi Gerasimovun xahişi ilə bunu əvvəlcədən açıqlamamağa razılaşıb. “Nyu-York Tayms” yazır ki, zəng xahişi Rusiya Müdafiə Nazirliyindən gəlib.

Məlumatda deyilir ki, tərəflər bir sıra qlobal və regional təhlükəsizlik məsələlərini, o cümlədən Ukraynada davam edən münaqişə ətrafında müzakirə aparıblar.

Söhbət Rusiyanın Ukraynaya “Oreşnik” ortamənzilli ballistik raketini atmasından altı gün sonra olub.

Rəsmilərin bildirdiyinə görə, Gerasimov Brauna söhbət zamanı deyib ki, “Oreşnik”in buraxılışı Bayden administrasiyası Ukraynanın Rusiyanın dərinliyinə zərbələr endirmək üçün ABŞ-ın uzaqmənzilli raketlərindən istifadə etməyə razılıq verməsindən xeyli əvvəl planlaşdırılıb.

NYT qeyd edir ki, general Gerasimovun general Braunla telefon danışığını niyə gizlətmək istədiyi aydın deyil.

Gerasimov ABŞ Baş Qərargahı ilə sonuncu dəfə 2022-ci ilin oktyabrında Braunun sələfi general Mark Milli ilə telefon danışığı zamanı əlaqə saxlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 05 Dekabr 2024 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see321

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see321

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see319

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see259

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see253

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see252

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see249

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see245

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see245

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see232

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see212

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see207

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see207

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see204

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see202

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri