Icma.az
close
up
RU
İki gün davam edəcək seminarlara başlanılıb KONKRET

İki gün davam edəcək seminarlara başlanılıb KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Media nümayəndələri üçün “Süni intellektin mediada tətbiqi” mövzusunda seminarlara başlanılıb.

KONKRET.az xəbər verir ki, Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Süni intellektin mediada tətbiqi” mövzusunda iki gün davam edəcək seminarlara başlanılıb.

Seminarın açılış hissəsində çıxış edən ADA Universitetinin Akademik işlər üzrə prorektorunun müşaviri, İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva çıxışında bildirib ki, süni intellekt texnologiyaları artıq medianın gələcək inkişaf trayektoriyasını formalaşdıran əsas amillərdən birinə çevrilərək xəbər istehsalı və informasiya axınının idarə olunmasında yeni yanaşmalar tələb edir. Bu səbəbdən ADA Universiteti son illər süni intellekt və rəqəmsal bacarıqlar üzrə müxtəlif təlim və ixtisasartırma proqramları həyata keçirir, elmi araşdırmalar, beynəlxalq əməkdaşlıqlar qurur.

Eyni zamanda tədbirdə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli qeyd edib ki, süni intellektin sürətli inkişafı media sahəsində yeni imkanlar yaratmaqla yanaşı, bu sahənin nümayəndələrinin peşəkar məsuliyyətinin artmasını zəruri edir. O vurğulayıb ki, müasir dövrdə jurnalistlər informasiyanın toplanması, emalı və yayımında innovativ alətlərdən effektiv istifadəni bacarmalı, süni intellekt texnologiyalarının tətbiqi zamanı etik prinsiplərə və doğruluq meyarlarına xüsusi diqqət yetirməlidirlər.

Təlimçi qismində çıxış edən Rəqəmsal marketinq və kütləvi kommunikasiyalar sahəsi üzrə dosent, Neyroelmlər Laboratoriyasının rəhbəri, tanınmış alim Dr. Nikolas Hamelin “Giriş və mediada süni intellekt inqilabı”, “Məlumatların skreypinqi: İctimai məlumatlandırmada data analitikası”, “Süni intellekt ilə idarə olunan brend və məhsul təqdimatı”, “Big Data” və generativ süni intellekt vasitəsilə cəlbedici media məzmununun yaradılması”, “Strateji inteqrasiya və gələcəyə baxış” adlı modullar ətrafında iştirakçılarla fikir mübadiləsi aparıb. Müzakirələr zamanı vurğulanıb ki, süni intellektin mediada tətbiqi informasiya istehsalında operativliyi artırmaqla yanaşı, etik yanaşma və məsuliyyətli informasiya siyasətini ön plana çıxarır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://konkret.az
archiveBu xəbər 28 Oktyabr 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri