Icma.az
close
up
RU
İki gün gizli saxlanılan səfər

İki gün gizli saxlanılan səfər

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

BCM rəhbərinin İrəvan səfərinin pərdəarxası məqamları

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) sədri Tomoko Akane mayın 5-də ilk dəfə Ermənistana səfər edib. Lakin onun səfəri və Ermənistanın ədliyyə naziri Srbui Qalyan, həmçinin baş prokuror Anna Vardapetyanla görüşü barədə yalnız mayın 7-də məlumat yayılıb.

Ermənistan Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, Akane və Vardapetyan görüş zamanı ikitərəfli əməkdaşlığın inkişafının və institusional tərəfdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar. Xüsusilə beynəlxalq cinayətlərin təhqiqatı sahəsində prokurorların potensialının artırılması məsələsinə diqqət yetirilib. Cinayət prosesində sübutların toplanması, zərərçəkənlərin və şahidlərin müdafiəsi ilə bağlı məsələlər də müzakirə olunub. “Ermənistanın baş prokuroru Beynəlxalq Cinayət Məhkəməsi ilə birgə tədris proqramlarının həyata keçirilməsində, texniki əməkdaşlığın genişləndirilməsində və təcrübə mübadiləsi mexanizmlərinin hazırlanmasında maraqlı olduğunu bildirib. Tərəflər səmərəli və şəffaf əməkdaşlıq mexanizmlərinin inkişaf etdirilməsinə və konstruktiv dialoqun davam etdirilməsinə hazır olduqlarını təsdiqləyiblər”, – deyə qurum bildirib. Görüşdə, həmçinin Ermənistanın Niderlanddakı səfiri Viktor Biyaqov, BCM ofisinin rəhbəri Hirad Abtahi və digər rəsmi şəxslər iştirak ediblər.

Ədliyyə Nazirliyindən bildirilib ki, Akane “İrəvan dialoqu” adlı üçüncü beynəlxalq konfransda iştirak etmək üçün Ermənistana gəlib. BCM rəhbəri Ermənistanın ədliyyə naziri ilə görüşdə İrəvanın Roma statutunun praktik tətbiqini sürətli və effektiv şəkildə təmin etməyə hazır olduğunu yüksək qiymətləndirib. Tərəflər Roma statutundan irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələləri müzakirə ediblər. Məlumatda qeyd olunur ki, BCM ekspertləri Ermənistan qanunvericiliyinin Roma statutuna uyğunlaşdırılması prosesinə dəstək göstəriblər.

Dünən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın da BCM sədri ilə görüşünə dair məlumat yayılıb. “Armenpress” agentliyinin XİN-in mətbuat açıqlamasına istinadən verdiyi məlumata görə, görüşdə Ermənistanla BCM arasında əməkdaşlıq, beynəlxalq hüquq normalarına riayət olunması və beynəlxalq səylərdə iştirak məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Ermənistan 2024-cü il fevralın 1-dən rəsmi olaraq BCM-in üzvü olub. Ölkə BCM-in yaradılmasına dair 1998-ci il iyulun 17-də İtaliyanın paytaxtı Romada keçirilən diplomatik konfransda qəbul olunan beynəlxalq müqaviləni (digər məsələlərlə yanaşı, məhkəmənin funksiyalarını, yurisdiksiyasını və strukturunu müəyyən edən müqavilə daha çox hüquqi terminlə statut adlandırılır–S.H.) 2023-cü ilin oktyabrında ratifikasiya edib.

Ermənistan rəhbərliyi o dövrdə BCM-ə qoşulmasını Azərbaycanı hansısa “hərbi cinayətlərə görə” məsuliyyətə cəlb etmək niyyəti ilə (?) əsaslandırmışdı. Lakin Roma statutunun ratifikasiyasından sonra bu istiqamətdə, demək olar ki, heç bir addım atılmayıb. Çünki ölkəmizi “hərbi cinayətlərdə” ittiham edənlər bununla bağlı iddialarına dair ortaya əsaslandırılmış sübutlar təqdim edə bilməyiblər. Beləliklə, qarşı tərəfin arzu və istəyi, necə deyərlər, ürəyində qalıb. Vəziyyətin belə olduğunu görən rəsmi İrəvan Azərbaycanla sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında saziş layihəsi üzərində işi intensivləşdiriblər. Bu isə son nəticədə, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında sazişin paraflanmasına gətirib çıxarıb. Bunun əvəzində isə digər adı Haaqa məhkəməsi olan qurumun Rusiya Prezidenti Vladimir Putinin həbsi ilə bağlı order verməsi fonunda Moskva–İrəvan münasibətlərində gərginlik yaranıb.

***

BCM sədrinin İrəvana ilk səfəri “İrəvan dialoqu” adlı beynəlxalq konfransda iştirak kimi təqdim olunsa da, səfərin məzmunu və keçirilən görüşlərin xarakteri göstərir ki, əsas diqqət Ermənistanın Roma statutundan irəli gələn öhdəlikləri necə icra etməsinə yönəlib. Təsadüfi deyil ki, Ermənistanın Ədliyyə Nazirliyi və Baş Prokurorluğu ilə aparılan müzakirələrdə məhz “praktik tətbiq”, “institusional əməkdaşlıq”, “qanunvericiliyin uyğunlaşdırılması”, “beynəlxalq cinayətlərin təhqiqatı”, “sübutların toplanması” kimi məsələlər ön plana çıxarılıb. Bu isə onu deməyə əsas verir ki, BCM rəhbərinin səfəri sırf protokol xarakterli olmayıb.

Tomoko Akanenin Ermənistana gəlişinin ölkəmizdə diqqətlə izlənilməsi tamamilə təbiidir. Çünki rəsmi İrəvan uzun müddət BCM-ə üzvlüyünü Azərbaycan əleyhinə hüquqi-siyasi alət kimi təqdim etməyə çalışıb. Ermənistan hakimiyyəti yuxarıda qeyd etdiyimiz kimi, Roma statutunun ratifikasiyası dövründə açıq şəkildə bəyan edirdi ki, guya, Azərbaycanı “hərbi cinayətlərə görə” beynəlxalq məsuliyyətə cəlb etmək niyyətindədir. Lakin aradan keçən müddətdə bu istiqamətdə ciddi hüquqi nəticə ortaya çıxarmaq mümkün olmadı. Bunun başlıca səbəbi isə Ermənistan tərəfinin iddialarını təsdiqləyəcək əsaslı hüquqi sübut bazası formalaşdıra bilməməsidir. Başqa sözlə, siyasi ritorika ilə hüquqi reallıq arasında ciddi fərq özünü göstərib. Məhz buna görə də BCM rəhbərinin məlum səfəri diqqətdən kənarda qala bilməzdi. Çünki burada söhbət təkcə Ermənistanın beynəlxalq hüquqi institutlarla münasibətlərindən yox, həm də regionda formalaşan yeni siyasi konfiqurasiyadan gedir. Xüsusilə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasına qədər irəliləyiş əldə olunduğu bir vaxtda belə səfərlər əlavə suallar doğurur.

Diqqətçəkən məqamlardan biri də odur ki, Akanenin səfəri mayın 5-də baş tutsa da, bu barədə məlumat yalnız iki gün sonra – mayın 7-də ictimailəşdirildi. Diplomatik praktikada bu cür gecikmiş açıqlamalar adətən təsadüfi olmur. Bu, ya görüşlərin həssas xarakter daşıdığını, ya da tərəflərin ilkin reaksiyaları və mümkün siyasi rezonansı hesablamağa çalışdıqlarını göstərir. Ermənistan hakimiyyətinin BCM mövzusunda həm Moskvanın, həm də region ölkələrinin reaksiyasını nəzərə almağa çalışdığı istisna deyil. Xüsusilə nəzərə alsaq ki, Ermənistanın BCM-ə qoşulması Rusiyada ciddi narazılıq yaratmışdı və V.Putinin həbsi ilə bağlı order fonunda bu məsələ Moskva–İrəvan münasibətlərində əlavə gərginlik mənbəyinə çevrilmişdi.

Səfərlə bağlı başqa bir diqqətçəkən detal isə Ermənistan Baş nazirinin BCM rəhbərini qəbul etməməsidir. Halbuki söhbət sıradan beynəlxalq təşkilat rəhbərindən deyil, qlobal hüquq sisteminin ən mühüm institutlarından birinin sədrindən gedir. Üstəlik, Ermənistan hakimiyyəti son illərdə BCM üzvlüyünü mühüm siyasi qərar kimi təqdim edib. Belə olan halda Paşinyanın görüşdən kənarda qalması müxtəlif yozumlara yol açır. Bir ehtimal budur ki, rəsmi İrəvan BCM məsələsini bilərəkdən daha çox hüquqi-texniki müstəvidə saxlamağa çalışır və onu yüksək siyasi nümayiş predmetinə çevirmək istəmir. Digər ehtimal isə bundan ibarətdir ki, Paşinyan hakimiyyəti Moskva ilə onsuz da mürəkkəb olan münasibətləri daha da gərginləşdirməkdən yayınmağa çalışır.

Bütün hallarda, Tomoko Akanenin İrəvana ilk səfəri Ermənistanın BCM üzvlüyünün formal prosedur mərhələdən praktik icra mərhələsinə keçdiyini göstərir. Ermənistan qanunvericiliyinin Roma statutuna uyğunlaşdırılması, hüquq-mühafizə orqanlarının BCM standartlarına inteqrasiyası və institusional əlaqələrin genişləndirilməsi artıq konkret gündəm kimi ortaya çıxır. Bunun regionun siyasi və hüquqi balansına necə təsir göstərəcəyi isə qarşıdakı mərhələdə daha aydın görünəcək.

Səxavət HƏMİD
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 May 2026 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see466

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see349

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see267

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see259

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see248

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see229

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see221

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see217

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see209

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see199

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see198

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see197

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see193

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see192

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see186

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see172

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see168

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see166

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri