İki həftə işlədi, yoruldu: Britaniyanın yeni baş naziri məzuniyyətə getdi
Icma.az bildirir, Hurriyyet portalına istinadən.
Vəzifəsinin icrasına cəmi iki həftə əvvəl başlayan Böyük Britaniyanın Baş naziri Endi Börnhem artıq məzuniyyətə çıxıb.
Hurriyyet.Media xəbər verir ki, bu barədə məlumatı "Telegraph" nəşri yayıb.
"Endi Börnhem baş nazir vəzifəsini icra etməyə başladıqdan iki həftə sonra məzuniyyətə yollanır", - deyə hökumət rəhbərinin dəftərxanasına istinadla yayılan məqalədə bildirilib.
Məlumatda vurğulanıb ki, Böyük Britaniyanın Nazirlər Kabineti adi rejimdə fəaliyyətini davam etdirir, E.Börnhem isə hökumət üzvləri ilə əlaqəni kəsməyib.
Sağçı-populist "Reform UK" partiyasından olan İcmalar Palatasının deputatı Li Anderson baş naziri öz vəzifələrini icra etməkdən boyun qaçırmaqda ittiham edib. Parlamentarinin sözlərinə görə, dövləti idarə etməyə ciddi şəkildə hazırlaşan Börnhem vəzifəyə gəldikdən cəmi iki həftə sonra "xoş səyahət xatirinə xaricə qaçmaz".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 04 Avqust 2026 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















