“İki həftəyə yaxındır yolumuzu qazıb gediblər” Video
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
“İki həftəyə yaxındır yolumuzu qazıb gediblər. Qapımızı açıb çölə çıxa, işə gedə bilmirik. Uşaqlarımız məktəbə gedə bilmir”.
Bu şikayətlə “Qafqazinfo”ya Yasamal rayonu, Mirzə İbrahimov 7 ünvanında yaşayan sakinlər müraciət ediblər.
Onların iddiasına görə, sakinlərin gediş-gəlişi üçün alternativ yol qoyulmayıb: “Heç kəs evdən çıxa bilmir, çünki küçəyə ayaq atmaq mümkün deyil. Əvvəlcə alternativ yol var idi, cümə günündən isə onu da qazıblar. Bizə deyirlər ki, Fəvvarələr bağına qədər ərazidə park salınır. Amma heç bir iş görülmür. Fəhlələr əllərində bel bir-biri ilə söhbət edirlər...”
Problemlə bağlı Yasamal Mənzil-Kommunal Təsərrüfatı Birliyindən sorğumuza cavab olaraq bildirilib ki, bir müddət əvvəl sözügedən ərazidə təmir işlərinə başlanılıb və hazırda ərazidən keçən bütün kommunikasiya xətləri yenilənir: “Bu ərazidə su və qaz xətləri dəyişdirilir. Küçə tam bağlanmayıb, hərəkət üçün bəzi hissələrdə yer qoyulub. Qurumlar mərhələli şəkildə işləyir, işlər yekunlaşandan sonra əraziyə asfalt və ya daş döşənəcək”.
Gülnar Əliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 17 Noyabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















