Icma.az
close
up
RU
İki het trik və “Velodrom”da tamaşa

İki het trik və “Velodrom”da tamaşa

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Liqa 1-də 20-ci tur maraqlı alındı. PSJ ÇL-in pley-offunda oynamaq imkanı qazanan “Brest”in qonağı idi.

Bu oyunun nəticəsi fərqli ola bilərdi. Ancaq Luis Enrikenin komandası 5:2 hesabıyla qalib gəldi. Het-triklə oyunun taleyini həll edən Dembele həm də bombardirlər yarışında liderliyi ələ keçirdi. Usman 14 qollar, PSJ isə 50 xalla liderdi. 2-ci yerdə 40 xala malik “Marsel” qərarlaşıb. “Velodrom”da “Lion”la qarşılaşan cənublular futbol tamaşasının bir tərəfi idi. Yeri gəlmişkən, bu, Paulo Fonsekanın “şirlər”in “sükanı arxasında” ilk oyunu idi. “Lion” hesabı açsa da, “Marsel” ardıcıl iki qol vurdu, qonaqlardan Lakazett “status-kvo”nu bərpa etdi. Bununla belə, cənublular sona yaxın qələbə topunu rəqib qapısından keçirdi.
İlk “3-lüy”ü “Monako” qapayır. “Knyazlar” “Oser”i evdə məğlub etdi. Onların heyətində Biret het-triklə yadda qaldı. 4-cü yerin sahibi yenə dəyişdi. “Sent-Etyen”i darmadağın edən “Lill” “Nitsa”nı həmin mövqedən sıxışdırdı. Ona görə ki, “qan-qızılılar” “Tuluza” ilə səfər oyununda 1 xalla kifayətləndi.
Turun qalan oyunlarına gəlincə, “Lans” səfərdə “Monpelye”yə qalib gəldi. “Anje” – “Havr” oyunu məhsuldar “sülh”lə bitdi – 1:1. Meydan sahiblərindən Raolisola 10-cu, qonaqlardan isə Sanqante 16-cı dəqiqədə qovuldu. “Nant” səfərdə “Reyms”i məğlub etdi. “Strasbur”u qəbul edən “Renn” rəqibin müqavimətini 90-cı dəqiqədə qırdı.
20-ci tur
Brest – PSJ 2:5

Del Kastilyo, 50. Ajork, 71 – Dembele, 29; 56; 62. Ramuş, 89; 90+7. (15040)
PSJ: Donnarumma, Hakimi, Markinyos, Paço, Mendeş, Li Kan İn (Mayulu, 81), Ruis, Vitinya, Barkola (L.Ernandes, 67), Dembele (Ramuş, 67), Kvaratsxeliya (Due, 58).
Monako – Oser 4:2
Kerer, 35. Biret, 58; 63; 66 – Dyomande, 38. Jubal, 45+7-p. (5336)
Monako: Mayetski, Vanderson (Diatta, 62), Kerer, Salissu, Mavissa (Enrike, 46), Kamara (Maqassa, 46), Zakariya, Akliuş, Minamino (Ben Seqir, 87), Qolovin (Embolo, 46), Biret.
Marsel – Lion 3:2
Qrinvud, 61. Rabyo, 64. Enrike, 85 – Tolisso, 53. Lakazett, 72-p. (66096)
Marsel: Rulyi, Murilyo, Balerdi, Kornelius, Enrike, Ronjye, Heybyerq, Merlen (Lirola, 80), Nadir (Quiri, 58), Rabyo, Qrinvud (U.Qarsiya, 90).
Lill – Sent-Etyen 4:1
Devid, 32-p. Sahraui, 63; 78. Qudmundsson, 72 – Davitaşvili, 6-p. (38924)
Tuluza – Nitsa 1:1
Makkenzi, 85 – Lyabord, 18-p. (23000)
Monpelye – Lans 0:2
Nzola, 1. Aqbonifo, 61. (15330)
Anje – Havr 1:1
Anin, 90 – Ayyu, 73. (11268)
Reyms – Nant 1:2
Kastelletto, 45+1-öz qapısına – Ablin, 42. Məhəmməd, 70. (12712)
Renn – Strasbur 1:0
Blyas, 90. (26621)
1. PSJ 20 15 5 0 54-19 50
2. Marsel 20 12 4 4 43-25 40
3. Monako 20 11 4 5 36-24 37
4. Lill 20 9 8 3 33-20 35
5. Nitsa 20 9 7 4 39-26 34
6. Lans 20 9 6 5 25-18 33
7. Lion 20 8 6 6 32-26 30
8. Brest 20 9 1 10 31-36 28
9. Strasbur 20 7 6 7 33-32 27
10. Tuluza 20 7 5 8 21-22 26
11. Oser 20 6 5 9 27-33 23
12. Anje 20 6 5 9 22-29 23
13. Reyms 20 5 7 8 26-29 22
14. Nant 20 4 9 7 24-30 21
15. Renn 20 6 2 12 27-30 20
16. Sent-Etyen 20 5 3 12 19-43 18
17. Monpelye 20 4 3 13 20-46 15
18. Havr 20 4 2 14 15-39 14
Bombardirlər: Dembele (PSJ) – 14, Qrinvud (Marsel) - 13, Devid (Lill) - 12, Barkola (PSJ) – 11.
Turun rəqəmi
7 – “Renn”in yaponiyalı hücumçusu Kyoqo Furuxasi “Strasbur”la oyunda topa cəmi 7 dəfə toxundu. Bu isə Liqa 1-də ən azı 60 dəqiqə meydanda olan oyunçular üçün antirekordun təkrarlanmasıdı. Sonuncu dəfə 2007-ci ilin aprelində (onda da 7) “Lill” – “Valensyenn” oyununda birincilərin oyunçusu Matye Robay belə passiv təsir bağışlamışdı.
Turun ulduzu
Usman Dembele (PSJ) – “Monako”dan Mika Biret də het-trik edib, ancaq “Brest” “Oser”lə müqayisədə daha güclüdü. Odu ki, Dembelenin het-trikini üstün tutduq. Usman PSJ-nin tarixinə ardıcıl iki rəsmi oyunda het-trik edən ilk futbolçu kimi düşdü. Buna qədər ÇL-də “Ştutqart”la oyunda da üç qol vurmuşdu.
Turun sitatı
Luis Enrike, PSJ-nin baş məşqçisi:

“Bu, Çempionlar Liqasında çıxış edən komandaların oyunu idi. Bizim üçün çətin oldu, Brestdə oynamaq həmişə çətindi. Rəqib topa nəzarət etməyi xoşlamır, uzun ötürmələrə üstünlük verir. Usman Dembeleni təbrik edirəm! Belə oyunçunun olması möhtəşəmdi. Hesab edirəm ki, bütün futbolçularım bu gün gözəl oyun göstərdi. Əlbəttə, bir qədər də “artırmalıyıq”, ancaq indi xoşbəxtik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Fevral 2025 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mənə demədin ki, iynə vururam?” Tolik müğənnini İFŞA ETDİ FOTO

29 May 2026 11:31see236

Bu əlamət insultun xəbərçisidir

29 May 2026 05:01see209

Aerobika və akrobatika gimnastikası üzrə Bakı birinciliyinə yekun vurulur FOTO

30 May 2026 13:39see188

Tramp: İranla bağlanan müqavilə Hörmüz boğazının minalardan təmizlənməsini də əhatə edir

30 May 2026 02:35see183

Bu sadə vərdişlərlə beyniniz CAVAN QALACAQ

29 May 2026 04:05see179

İspaniya nəhəngi Arsenal ın ulduzuna elçi düşdü

29 May 2026 20:53see171

Rahim Sterlinq həbs edilib The Sun

30 May 2026 06:14see170

Yaşlı insanlarda yaranan spesifik qoxunun səbəbi açıqlandı: Qarşısını almaq mümkündür

30 May 2026 04:03see170

Türkiyəli ulduz üçün 55 milyon ödəyəcəklər?

30 May 2026 01:31see169

Maskın “SpaceX” ilə bağlı gözləntiləri dəyişib

30 May 2026 04:46see166

Pentaqon Ağ Evdə UFC tədbiri üçün hərbçiləri cəlb edir

30 May 2026 05:10see163

Şok görüntülər: Azərbaycanda timsah var imiş Video

30 May 2026 01:18see159

Bakıda avtoşluq edən şəxs saxlanılıb

30 May 2026 03:05see158

Kiyevdə ardıcıl partlayışlar oldu KONKRET

29 May 2026 23:00see156

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

30 May 2026 11:43see152

Kuba və ABŞ hərbçiləri arasında mühüm görüş baş tutub

30 May 2026 07:09see150

Kürdəmirdə də Bazarstore açılacaq

30 May 2026 08:27see150

İran ABŞ ilə yekun razılaşmanın şərtini açıqlayıb

30 May 2026 01:54see150

ABŞ nin İrana qarşı üç ssenarisi var

30 May 2026 01:15see149

Tramp İranla bağlı toplantısını heç bir qərar qəbul etmədən başa vurub

29 May 2026 23:56see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri