Icma.az
close
up
RU
“İki il ərzində Azərbaycanda internetin sürəti nəzərə çarpacaq dərəcədə artacaq” AÇIQLAMA KONKRET

“İki il ərzində Azərbaycanda internetin sürəti nəzərə çarpacaq dərəcədə artacaq” AÇIQLAMA KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

İnformasiya Kommunikasiya Texnologiyalarının sürətli inkişafı Azərbaycan dövlətinin qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi çıxış etməsinə möhkəm zəmin yaradır. Dövrümüzdə informasiya-kommunikasiya texnologiyalarının təsir dairəsi genişlənərək dövlət strukturlarını, vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə cəmiyyəti əhatə edib. Elə buna görə də informasiya texnologiyalarının daha geniş yayıldığı ölkələr dünyanın ən qabaqcıl cəmiyyətləri sayılır. İndi cəmiyyətimizi informasiya-kommunikasiya texnologiyaları sahəsində mühüm yenilik olan internetsiz təsəvvür etmək mümkün deyil. Azərbaycan dövləti internetin cəmiyyətin və insanların həyatının ayrılmaz hissəsi olduğunu nəzərə alaraq indiyə qədər bu istiqamətdə bir sıra addımlar atıb. 2003-cü ildə ulu öndər Heydər Əliyevin təsdiq etdiyi İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya, Prezident İlham Əliyev tərəfindən bu gün daha sürətlə inkişaf etdirilir.

Mövzunu KONKRET.az-a şərh edən İKT Mərkəzinin direktoru Fərid Kazımov bildirib ki, Azərbaycanda İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) inkişafına böyük hazırlıq işləri gedir: “İlk növbədə daxildə infrastrukturun təkmilləşdirilməsi işləri aparılır. İdarəetmənin optimallaşdırılması həyata keçirilir. Eyni zamanda internet infrastrukturunun yaxşılaşdırılması istiqamətində addımlar atılır. Burada işlər iki istiqamətdə cərəyan edir. Birincisi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən işlər görülür. Yəni Bakı və Abşeron da daxil olmaqla digər regionlarda simsiz və genişzolaqlı internetə çıxışın təmin edilməsi üçün addımlar atılır. İkinci istiqamət odur ki, nazirliyin resurslarının çatmadığı bəzi yerlərdə prosesə özəl şirkətlər qoşulur. Beləliklə də dövlət-özəl tərəfdaşlığı fonunda həmin ərazilərdə infrastruktur qurulur. Əvvəllər regionlarda insanlar ADSL (telefon üzərindən) vasitəsi ilə internetə çıxış əldə edirdilərsə, bu gün genişzolaqlı internetə keçid baş verir. Bu proses yaxın 2 il ərzində daha geniş vüsət alacaq. ADSL vasitəsi ilə cəmi 2-5 mb internet almaq olurdusa, indi daha böyük sürət əldə etmək mümkündür. Yəni 2 il ərzində Azərbaycanda internetin sürəti nəzərə çarpacaq dərəcədə artacaq. Çünki genişzolaqlı internetə keçid baş verəcək”.

Ekspert əlavə edib ki, Azərbaycanda İKT sahəsində kadr hazırlığına xüsusi diqqət yetirilir: “Böyük bir qrup ambisiyalı gəncə rəqəmsal peşələrin öyrədilməsi üzrə təlimlər keçilir. Bu da dövlət hesabına aparılır. Tədrisi 3-5 min manat arası olan proqramçılıq dövlətin dəstəyi ilə gənclərə pulsuz öyrədilir. Keçən il təxminən 500-ə yaxın gənc bu kursları keçmək imkanı qazanıb. Məqsəd gənclərin bu sahədə öz kariyerasını qurmasına dəstək olmaqdır. Digər bir məsələ isə Azərbaycanda gənc startapların inkişafı ilə bağlıdır. Doğrudur, bu məsələdə bir az gecikmələr var. Amma bizim “ASAN xidmət” tərəfindən yaradılan “INNOLAND” kimi təcrübəmiz mövcuddur. Buna baxmayaraq Azərbaycanda hələ də startapların sayı azdır. Gənclərimiz ümumiyyətlə az startap yaradırlar. Bu sayı artırmaq üçün Azərbaycanda universitetlərdə inkubasiya mərkəzləri açılır. Prosesə ilkin olaraq bu ilin birinci yarısından start verilib. Payızda yəqin ki, proses sürətlənəcək. İnkubasiya mərkəzlərində olan mütəxəssislər startap yaratmaq istəyən tələbələrə kömək edəcəklər ki, onlar da öz ideya və təşəbbüslərini reallaşdıra bilsinlər. Bu məsələdə ən başlıca problem maliyyə məsələsidir. Bu problemi həll etmək üçün  Azərbaycanda nizamnamə kapitalı bir neçə milyon manat olan Vençur Kapitalı Fondu yaradılacaq. Bu fond maraqlı startapları maliyyələşdirəcək və onların xarici bazarlara çıxışına təkan verəcək. Bu istiqamədə də iş aparılır və yəqin ki, ilin sonuna kimi sözügedən fond yaradılacaq”.

Fərid Kazımovun sözlərinə görə, İKT sahəsində müəyyən problemlər də mövcuddur: “Birinci problem odur ki, Azərbaycanda böyük təcrübəsi olan iri şirkətlərin xarici bazarlara çıxış imkanları bir qədər məhduddur. Yəni ölkədə İKT sahəsində 20-30 il təcrübəsi olan şirkətlər var ki, onların ixrac həcmi artmır. Qonşu ölkələrdə isə bu sahədə vəziyyət fərqlidir. Məsələn bizimlə əhalisi bərabər olan Belarusiyada İKT məhsullarının ixrac həcmi 3 milyarda yaxındır. Hesab edirəm ki, bu problemi həll etmək üçün dövlət qurumları tərəfindən işçi qrup yaradılmalı və investisiya şirkətləri cəlb olunmalıdır. Nəzərə alsaq ki, bizim post-neft dövrümüz yaxınlaşır, bu zaman ölkəyə gəlir qazandıran sahələri inkişaf etdirməliyik. Bunlardan biri də İT sektorudur və böyük perspektivləri var. Hazırda Azərbaycan şirkətləri 30-dan artıq ölkəyə öz İT məhsullarını ixrac edirlər. Amma dövlətin də müəyyən dəstəyi olmalıdır ki, bu proses daha da sürətlənsin. Əgər biz İKT sektorunun davamlı və ixracyönümlü inkişafını istəyiriksə, o zaman dövlət və özəl sektor birgə fəaliyyət göstərməlidir”.

Ekspert qeyd edib ki, Böyük Britaniyada bizim “Aztelecom” kimi “British Telecom” fəaliyyət göstərir. Bu qurum ölkənin bir çox yerlərində internet xətləri çəkir və binaların qarşısında blok quraşdırır. Bundan sonra fərqli provayderlər öz reklamını edərək müştəri yığmağa başlayır. Yəni seçim imkanı yaranır. Amma təəssüf ki, Azərbaycanda bu modeldən istifadə olunmur. Bizdə kimin əli hara çatır, orada da internet xətti çəkir. Amma əslində böyük bir paylayıcı olmalıdır və öz şəbəkəsini digər provayderlərə icarəyə verməlidir. Bu modelə keçid baş versə, onda monopoliya olmaz. Həmçinin  rəqabət mühiti yaranar. Təəssüf ki, şəbəkənin məhdudluğu səbəbindən monopoliya yaranır”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusuna uyğun olaraq dərc edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 May 2025 08:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri