Icma.az
close
up
RU
İki ildir diplomunu ala bilmir: Dillər Universiteti məzunu niyə süründürür?

İki ildir diplomunu ala bilmir: Dillər Universiteti məzunu niyə süründürür?

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

"Universitetin işçilərinin səhlənkarlığı nəticəsində yaranan səhvliklə bağlı artıq 2 ilə yaxındır ki, diplomumu ala bilmirəm ".

Bu fikirlər Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsini 2023-ci ildə bitirən, amma bu günə kimi diplomunu ala bilməyən İlahə Musayevanın Bakıvaxtı.az-a ünvanladığı şikayətində yer alıb.

Şikayətçinin sözlərinə görə, dəfələrlə sözügedən universitetin özünə, Elm və Təhsil Nazirliyinə çoxsaylı müraciət etməsinə baxmayaraq, hələ də diplomunu nə zaman alacağı barəsində heç bir məlumatı yoxdur:

"2018-2019-cu tədris ilində Azərbaycan Dillər Universitetində təhsilimə başlamışam. 2022-2023-cü illərdə Yaponiyanın Tokyo Xarici Dillər Universitetində səfirlik vasitəsi ilə Yaponiyanın Təhsil Nazirliyinin təqaüd proqramını qazanaraq 1 illik mübadilə proqramında təhsil almışam. Xaricdə təhsil alıb qayıtdıqdan sonra diplom işimi müdafiə etsəm belə, yekun qiymət olmadan diplomumun hazırlanması üçün əmr verilib, fərqlənmə diplomu ilə bitirməli olduğum halda adi diplom hazırlanıb. Universitetin işçilərinin səhlənkarlığı nəticəsində yaranan səhvliklə bağlı artıq 2 ilə yaxındır ki, diplomumun verilməsini gözləyirəm. Diplomun nə zaman hazır olacağını soruşsam belə həmişə “bilmirik” deyərək mənə düzgün bir cavab vermirlər".

Oxucumuzun şikayəti ilə bağlı Bakıvaxtı.az Azərbaycan Dillər Universitetinə sorğu ünvanlatıb. ADU-nun mətbuat katibi Cavid Zeynallı saytımıza açıqlamasında məsələ ilə müvafiq qurumların maraqlandığını deyərək, şikəyətçi məzunla özlərinin əlaqə saxlayacağını qeyd edib.

İlahə Musayeva uninversitetdən onunla əlaqə saxlanıldığını təsdiqləyib.

“Amma probıemimi həlli yolunda əvvəlki kimi heç bir addım atılmır, göndərilən mesajlar cavabsız, sorğularım nəticəsiz qalır”.

Nuriyyə Musayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 Fevral 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see164

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see148

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see135

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri