“İki ilə əvvəl Rusiya “Laçın dəhlizi”ni zorla açmağa təhrik edirdi”
Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.
“Rusiya Azərbaycanı Ermənistana hücuma təhrik edir”.
Tribunainfo.az xəbər verir ki, bu sözlər politoloq Armen Vardanyana məxsusdur.
O qeyd edib ki, Zəngəzur əyalətində təhlükələr var. “Lakin təhlükənin mənbəyi Azərbaycan deyil, Rusiyadır”.
Vardanyanın iddiasına görə, 2023-cü ildə Qarabağda keçirilən anti-terror əməliyyatı zamanı Rusiya bir sıra oyunlar oynayıb. “Rusiyanın hesablaması belə idi ki, Qarabağda həyata keçirilən hərbi əmliyyat zamanı Ermənistan müharibəyə girəcək. Bundan sonra Azərbaycan Ermənistana əks hücuma keçəcək və əraziləri ələ keçirəcək. Ermənistanı Azərbaycana rus qoşunlarının nəzarətində olacaq dəhlizlə təmin etməyə məcbur edəcək. Lakin o plan həyata keçirilmədi. Paşinyan ağıllı tərpəndi”.
Erməni politoloq maraqlı bir məsələni də dilə gətirib. O bildirib ki, “Laçın dəhlizi” bağlanan zaman Rusiya Ermənistanı onu açmaq üçün oraya hücum etməyə təhrik edirmiş. “Laçın dəhlizi 7-8 gün bağlanmışdı. Putin də bir neçə dəfə Ermənistan rəhbərliyinə zəng vurmuşdu ki, gedib Laçın dəhlizini zorla açsın. Hətta bunun üçün dəstək verəcəyini də vəd edirmiş”.
Fərda Uğur
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 29 May 2025 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















