Icma.az
close
up
RU
İki kəndin torpaq davasına qurumlardan cavab: İcra hakimiyyəti SUSUR

İki kəndin torpaq davasına qurumlardan cavab: İcra hakimiyyəti SUSUR

Icma.az bildirir, Modern.az portalına istinadən.

Tovuz rayonunun Vahidli kəndinin suvarılma imkanı olan torpaqlarının yerləşdiyi ərazi sakinlərin xəbəri olmadan, fırıldaqçılıq və saxtakarlıq yolu ilə Ağdam kəndinin inzibati ərazisinə daxil edilib.

Modern.az xəbər verir ki, bu iddia ilə Vahidli kəndinin bir qrup sakini müraciət edib.

Sakinlər bu məsələ ilə bağlı narazılığın illərdir davam etdiyini, dəfələrlə aidiyyəti qurumlara müraciətlər etdiklərini, lakin heç bir nəticə əldə edə bilmədiklərini vurğulayıblar.  

Onların sözlərinə görə, qonşu kəndin sakinlərinin xəritələşdirərək öz inzibati ərazilərinə daxil etmək niyyətində olduğu həmin torpaqlar rəsmi dövlət aktı əsasında, 1936-cı ilin inzibati və hərbi xəritələrində Vahidli kəndinin ərazisi kimi öz əksini tapıb: “Keçmiş S.Ağamalı oğlu adına sovxozun vahid bazası əsasında aparılmış dövlət orqanları tərəfindən möhürlənmiş islahat xəritəsi və hər iki kəndin ayrı-ayrılıqda bələdiyyə xəritələri var. Həmin xəritələrdə də Ağdam sakinlərinin iddia etdiyi ərazi birmənalı olaraq Vahidli kəndinin inzibati ərazisi kimi qeyd edilib.

Hazırda iddia olunan ərazidə 22 Vahidli kənd sakini öz ailəsi ilə yaşayır, həmin ərazidə Vahidli kənd sakinlərinin pay torpaqları yerləşir və bu torpaq sahələri sakinlərə məxsusdur. Bu ailələrin əksəriyyəti Sovet dövründə - hər iki kənd bir Sovetlikdə fəaliyyət göstərən zaman rəsmi torpaq ayrılması, sənədi əsasında həyətyanı torpaq sahələri əldə edərək evlərini tikib, artıq 50-60 ildən çoxdur ki, orada yaşayırlar. Təəcüblüsü odur ki, ortada bu qədər dövlət tərəfindən tanınan hüquqi sənədlər, sübut və faktları olan Vahidli kəndinin bir hissəsi Ağdam kəndinin inzibati ərazisi kimi göstərilib. 

İndi bir qrup Ağdam kənd sakini həmin ailələri öz evlərindən qovmağa çalışır. Bundan əlavə, Vahidli kənd sakinlərini onilliklər boyu əkib-becərdikləri torpaqlara buraxmaq istəmir, əraziyə gedən şəxslərə hücum edərək, bizi təhqir və təqiblərə məruz qoyurlar”.

Vahidli kəndi

Vahidli kənd sakinləri bir neçə dəfə məsələ ilə bağlı Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun qəbulunda olublar. Onlar deyir ki, görüşlərdə Axınca çayının sol sahilinin, Vahidli kəndinin böyük bir ərazisinin (təxminən 500 hektardan çox bir ərazinin) qeyri-qanuni olaraq elektron kadastr baza məlumatlarında plan ölçülərinin naturada nə üçün dəyişdirildiyini müzakirə ediblər: “Lakin bu günə kimi qurumdan hələ də rəsmi cavab ala bilməmişik. Bu işlərin arxasında Tovuz Rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxslərinin maraqları dayanır”​. 

Sakinlər, həmçinin Vahidli kəndinin ərazisində yerləşən avtomobil yoluna qonşu Ağdam kəndinin adı əks olunan lövhə qoyulmasına etiraz edirər. Bu məqsədlə toplaşan bir qrup sakini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) yerli ərazi üzrə əməkdaşı ilə də görüşüb, həmin lövhənin sözügedən əraziyə qoyulmasının heç bir qanuni əsasının olmadığını bildiriblər. 

Tovuz Rayon İcra Hakimiyyətindən "Qafqazinfo"ya verilən açıqlamada Tovuz RİH-in Vahidli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə əlaqə saxlamağımızı məsləhət gördülər. Nümayəndəlikdən isə zənglərə cavab verilməyib.

Vahidli yoluna Ağdam kəndinin lövhəsinin qoyulması ilə bağlı sakinlərin şikayətinə gəlincə isə, AAYDA-dadan bildirildi ki, məsələ ilə bağlı kənd sakinləri Agentliyə rəsmi müraciət ünvanlamalıdır: “Kənd sakinləri AAYDA-ya rəsmi müraciət etsinlər. Müvafiq qurumların əməkdaşları ilə birgə məsələ araşdırılacaq və sakinlərə cavab veriləcək”.

Ağdam kəndi

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən verilən cavabda deyilib: “Xəritə materiallarına əsasən, keçmiş S.Ağamalı oğlu adına üzümçülük sovxozunun dövlət torpaq uçotuna aid yerquruluşu planında, eləcə də Tovuz rayonunda torpaq islahatı aparılarkən tərtib olunmuş Vahidli və Ağdam kəndləri üzrə aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsində Vahidli və Ağdam kəndləri bir sərhəd hüdudları daxilində olub və hər bir kəndə ayrı-ayrılıqda deyil, hər ikisinə eyni sərhəd daxilində islahat aparılıb. 

Ölkə başçısının 10 fevral 2010-cu il tarixli, 218 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na uyğun olaraq ölkə ərazisində ərazi vahidlərinin və inzibati ərazi dairələrinin xəritələri hazırlanarkən Tovuz rayonunun Vahidli və Ağdam kənd inzibati ərazi dairələri Ermənistan ilə sərhəddə yerləşdiyindən orada çöl-ölçmə işləri aparılmayıb və bu səbəbdən də xəritələr hazırlanmayıb. Nəzərinizə çatdırırıq ki, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Vahidli, Ağdam, Qazıqulu və Aşağı Öysüzlü kəndləri birləşərək Aşağı Öysüzlü bələdiyyəsi yaradılıb”. 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Fevral 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see357

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see203

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see190

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see180

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see177

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see170

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see161

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see158

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see153

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see152

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see141

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see134

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see132

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see131

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri