İki klubumuz Avropa Kubokunda iştirak edəcək
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanın iki şahmat klubu oktyabrın 17-23-ü aralığında Monteneqronun Budva şəhərində keçiriləcək Avropa Kubokundə iştirak edəcək.
Bu barədə “Qafqazinfo”ya Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.
Kişi və qadınlardan ibarət klublar arasında keçiriləcək yarış İsveçrə sistemi üzrə 7 turdan ibarət olacaq.
Rauf Məmmədov, Aydın Süleymanlı, Read Səmədov, Xəzər Babazadə, Şiroğlan Talıbov, Vüqar Manafov və Kənan Qarayev "Vüqar Həşimov" klubunda çıxış edəcəklər. Klubun kapitanı Sərxan Həşimov olacaq.
Qadınların yarışında isə ölkənin aparıcı şahmatçılarında formalaşan "Odlar Yurdu" klubu mübarizə aparacaq. "Odlar Yurdu"nun heyətinə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova dəvət olunub. Kapitan Nicat Abasovdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 15 Oktyabr 2026 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















