İki komandaya texniki məğlubiyyət verdi İdmanXəbər
Icma.az bildirir, Idmanxeber.az portalına istinadən.
AFFA aşağı yaş qrupları üzrə liqalarda iştirak edən iki komandaya texniki məğlubiyyət verib.
İdmanxeber.az qurumun mətbuat xidmətinə istinadən məlumatına görə, bu barədə qərar AFFA İntizam Komitəsinin iclasında qəbul olunub.
U-10 Liqasında keçirilməli olan “Antiguoko İnternational” – “Sahil” oyunu ikincilərin meydana çıxmaması səbəbindən ləğv olunub və komanda 0:3 hesablı texniki məğlubiyyət alıb.
U-13 Liqasında “Həkəri” (Qubadlı) –“Sumqayıt City” matçı isə ev sahibi komandanın heyətinin yetərsay olmamasına görə baş tutmayıb. “Həkəri” kollektivi 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib.
Baxış sayı:86
Bu xəbər 05 Noyabr 2024 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















