Icma.az
close
up
RU
İki liderin soyuqluğunun ŞOK səbəbi

İki liderin soyuqluğunun ŞOK səbəbi

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçirilən zirvə toplantısı liderlərin ikitərəfli görüşləri ilə yadda qaldı. Prezident İlhamin Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü sülh qurucluğunun davamına həsr olunmuşdu. İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkianla ikitərəfli əlaqələri və bölgədəki mövcud durumu müzakirə etdi. İlham Əliyevin Hindistanın baş naziri Narendra Modi ilə qısa fikir mübadiləsi də diqqətdən yayınmadı".

Bu sözləri Musavat.com-a "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Politoloq vurğulayıb ki, bu, liderlərin ilk təması idi: "Modinin Putinlə görüşündə “müharibəni dayandırmaq lazımdır” cümləsi də diqqəti çəkdi. Bunların fonunda Çin lideri Si Cinpinin Məsud Pezeşkianla geniş fikir mübadiləsi aparmadığına dair xəbərlər yayıldı. Halbuki Çin İranın ABŞ-yə qarşı müqavimətinə dəstək verən əsas dövlət kimi xarakterizə edilir".

Politoloq qeyd edib ki, Cinpinin Pezeşkianla görüşü bir neçə dəqiqə çəkib. Onun sözlərinə görə, İranın “Mehr” xəbər agentliyi Si Cinpin və Pezeşkian arasında keçirilən görüşdə iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi istiqamətində müzakirə aparıldığını xəbərini yaysa da, bu mövzunu detallı müzakirə etmək üçün bir neçə dəqiqə kifayət etmir:

"Çin informasiya agentlikləri isə iki liderin görüşü barədə məlumat yaymayıblar. Aydındır ki, bu, Pekinin təlimatı əsasında olub. Bəs niyə Çin lideri İran prezidenti ilə görüşə əhəmiyyət verməyib? Bunu Cinpinin bu ayın sonunda ABŞ-yə səfəri və Trampla keçirəcəyi görüşlə əlaqələndirirlər. Si Cinpin Ağ Evdə görüş ərəfəsində Donald Trampı qıcıqlandırmaq istəməyib. Təsadüfi deyil ki, Donald Tramp son açıqlamalarının birində Si Cipinə ünvanladığı xahişi xatırladıb: “Ona söylədim ki, İrana dəstək verməyin... "

Elxan Şahinoğlu vurğulayıb ki, Si Cinpinin Məsud Pezeşkianla görüşə maraq göstərməməsi İrandakı mühafizəkar dairələrin də diqqətindən yayınmayıb: "İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin keçmiş sədri Həşmətullah Fəlahətpişə deyib ki, çinli rəsmilər İranla münasibətlərin ölkələrinin qlobal siyasətinə və digər dövlətlərlə əlaqələrinə təsir etməyəcəyini Vaşinqtona göstərmək istəyiblər. Sabiq deputat maraqlı statistikaya müraciət edib: “Çin-ABŞ iqtisadi əlaqələrin həcmi Pekin-Tehran iqtisadi əlaqələrindən 60 dəfə, Çinlə Səudiyyə Ərəbistanı arasındakı iqtisadi əlaqələrin həcmi isə İranla əlaqələrdən 10 dəfə çoxdur”. Sabiq deputatın fikrincə, Pekin Tehranla münasibətlərini sabit strateji tərəfdaşlıq çərçivəsində müəyyənləşdirməyib.

İranın sabiq deputat haqlıdır. Pekin strateji müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərini yalnız Çinin maraqları üzərində qurub. Çinin yanaşması əməliyyat xarakterlidir: Pekin faydalı olduqda İranı dəstəkləyəcək, lakin xərclər faydaları üstələdikdə İrandan məsafə saxlayacaq. Pekin Tehranla yanaşı İranın bombaladığı Körfəz ölkələri, o cümlədən Birləşmiş Ərəb Əmirliklər və Səudiyyə Ərəbistanı ilə sıx əlaqələr malikdir. Birləşmiş Ərəb Əmirlikləri Çin üçün logistika və maliyyəsi üçün mərkəz, Səudiyyə Ərəbistanı isə Çinin enerji təhlükəsizliyinin təməl daşıdır. Bu mənada Çin İranın bu ölkələrə hava hücumlarını dəstəkləyə bilməz.
Buna baxmayaraq, Çin İranın ABŞ-a məğlub olmasını və İranda rejim dəyişkliyini istəmir. Çünki ABŞ Venesuellanı ram etdikdən sonra bu ölkənin nefti Vaşinqtonun nəzarətinə keçib və Çinin yatırımları təhlükə altına girib".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Sentyabr 2026 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri