İki Mehriban arasında yeni Ziyadxanovlar QALMAQALI
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
"Mehriban Ələkbərzadə sosial media hesabında atasının Ziyadxanovlar nəslindən olduğunu iddia edib. Bununla bağlı Ziyadxanovlar nəslinin nümayəndələri ilə əlaqə saxladıq və onlar bildirdilər ki, bu iddia tamamilə ağ yalandır".
Ölkə.az Musavat.com-a istinadən bildirir ki, bu barədə Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Mehriban Xanlarova bildirib.
Aktrisa iddia edib ki, teatrın bədii rəhbəri Mehriban Ələkbərzadə ilə Ziyadxanovların heç bir qohumluq əlaqəsi və qan bağı yoxdur:
“Əgər əlində şəcərə sənədi varsa, ortaya qoysun! Çünki bu, ictimaiyyəti aldatmaq deməkdir!
Ziyadxanovlar nəslinin tanınmış iki nümayəndəsi var. Biri İsveçdə yaşayan musiqişünas alim, pianoçu və Dünya Azərbaycanlıları Konqresinin fəal üzvü Aydın Ziyadlı, digəri isə "Cavad Xan" Tarix və Mədəniyyət Fondunun prezidenti Valid Xan Ziyadlıdır. Onlar isə Mehriban Ələkbərzadəni tanımırlar".
Qeyd edək ki, Mehriban Ələkbərzadə sosial şəbəkədə mərhum atasının fotosunu paylaşaraq, "Ruhun şad olsun, Ziyadoğlulara son bağlantım, atam Zaur Abdula oğlu Ələkbərov", deyə yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 15 Avqust 2025 20:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















