İki məhsuldar ötürmə, iki qırmızı vərəqə Sessi Bakıya bununla gəldi
Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Neftçi” mövsümlərarası dövrdəki ilk transferini açıqladı - Benin əsilli Sessi D’Almeydanı heyətinə qatdı.
Onun son komandası Cənubi Kipr “Apollon”o olub. Peşəkar karyerasına Fransa “Bordo”sunda başlayan Sessi daha sonra “Barnsli”, “Blekpul”, “Valansiyenn” və “Pau” kimi komandaların formasını geyib. Klub karyerası ərzində 229 oyuna çıxan futbolçu Benin yığmasının heyətində keçirdiyi 40 oyunda 5 qol vurub.
Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən futbolçu daha çox döyüşkənliyi və fiziki gücü ilə seçilir. Düzdü, flaqmana da bu tip oyunçu lazımdı. Amma bu üslub bəzən Bakı təmsilçisinin ziyanına da işləyə bilər. 29 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 21 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb. Maraqlıdı ki, ötürmələrinin sayı qədər də qırmızı vərəqə alıb. Bu xüsusiyyəti ilə “ağ-qaralar”ın başını ağrıda bilər.
“Transfermarkt” portalı Sessinin bazar dəyərini 450 min avro göstərib.
MÜZƏFFƏR QULUZADƏ
Baxış sayı:72
Bu xəbər 08 İyun 2025 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















